Ət-Tövbə surəsi - Ayə: 27

Məkkəvi Quran-ı Kərim
Ət-Tövbə surəsi - Ayə: 27
Sonra onun (həmin hadisənin) ardınca Allah nəzərini (kafirlərin döyüşə gələnlərindən və müsəlmanların dönüb qaçanlarından) istədiyinə yönəldər və tövbəsini qəbul edər. Allah çox bağışlayan və mehribandır.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ət-Tövbə surəsi 27. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 27 MÖHSÜN QƏRAƏTİ.

"Sonra Allah bunun (fərariliyin) ardınca istədiyinə Öz lütfünü nazil edər. (Fərarilərin tövbəsini qəbul edər.) Allah bağışlayan və mehribandır.”
Nöqtələr
"Tövbə” dedikdə nəyin nəzərdə tutulması barədə bir neçə ehtimal var: cəbhədən fərarilik günahından tövbə; şirkdən tövbə; qürurdan, cəmiyyətin çoxluğuna arxayınçılıqdan tövbə.
Bildirişlər
1. Tövbə qapıları həmişə və hamının üzünə açıqdır. Hətta kafir əsirlər və fərarilər də tövbə edə bilərlər. (Felin indiki zaman forması davam bildirir.)
2. Tövbənin qəbulu Allaha vacib deyil. Allah-təala bir fəzl olaraq tövbəni qəbul edir və bu iş Onun hikmətindən qaynaqlanır.
3. Allah-təala həm günahları örtür, həm də insanı sevir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.