Ət-Tövbə surəsi - Ayə: 36

Məkkəvi Quran-ı Kərim
Ət-Tövbə surəsi - Ayə: 36
Həqiqətən Allah yanında (Onun əzəli elmi və Lövhi-Məhfuzunda, qəməri) ayların sayı on iki aydır ki, (onlar) Allahın kitabında (yaradılış kitabı olan varlıq aləmində) göyləri və yeri yaratdığı gündən sabit və gerçəkdir (və yer kürəsi ilə ayın günəş sistemində sıralanmasının necəliyindən yaranır). Onlardan dördü (Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm ayları) haram (möhtərəm) aylardır (və onlarda döyüş haramdır). Bu, möhkəm və əbədi bir dindir (dinin hökmüdür). Odur ki, bu aylarda (onlara hörmətsizlik etmək və onlarda bir-birinizlə döyüşməklə) özünüzə zülm etməyin. Və (döyüş zamanı) müşriklər sizin hamınızla vuruşduqları kimi siz də onların hamısı ilə vuruşun və bilin ki, Allah pərhizkarlarladır.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ət-Tövbə surəsi 36. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 36 MÖHSÜN QƏRAƏTİ.

"Həqiqətən, Allah yanında, Allah kitabında ayların sayı göyləri və yeri yaratdığı gündən on iki aydır. Onlardan dördü (döyüş üçün) haramdır. Bu ayin sabit və möhkəmdir. Bu aylarda savaş, qan tökməklə özünüzə sitəm qılmayın. Müşriklər birlikdə sizinlə döyüşdüyü kimi siz də hamılıqla müşriklərlə döyüşün. Bilin ki, Allah Ondan çəkinənlərlədir.”
Nöqtələr
Hər il on iki aydan ibarətdir. "Şəhr” (ay) sözü də Quranda on iki dəfə işlədilmişdir. 
Quranda dəfələrlə təkrarlanmış on iki ədədi mübarək bir ədəddir. Bəni-İsrail rəhbərlərinin, Musanın möcüzəsi ilə çıxan bulaqların, əhli-beytin məsum imamlarının sayı on iki olmuşdur.
Zil-qədə, zil-hiccə, məhərrəm və rəcəb aylarında döyüş haramdır. İlk üç ay ardıcıl gəlir. 
Ayın yer ətrafında və digər planetlərin Allah iradəsi ilə hərəkət nizamı ilkin yaranışdan mövcuddur.
Yalnız düşmən hücum etmədikdə haram aylarda döyüşdən çəkinmək zəruridir. Düşmən hücum etdikdə isə müdafiə zəruridir.  Hörməti gözləniləsi bütün işlərdə qisas var. Qarşı tərəf mövcud qanundan sui-istifadə etdikdə siz də onun kimi rəftar edə bilərsiniz.
Bu qanunların sabitliyinin qeyd olunması onların bütün səmavi dinlərdə mövcudluğuna işarə ola bilər. 
İmam Baqirdən (ə) nəql olunmuş rəvayətlərdə bu ayə İslam peyğəmbərindən sonra on iki imamın gəlişinə işarə kimi qeyd olunmuşdur. 
Bildirişlər
1. Ən üstün təqvim sabit, təbii və həmahəng təqvimdir. Qəməri təqvimdə bu üç xüsusiyyət vardır.
2. Təqvimdəki on iki ay tədricən formalaşmamışdır, ilkin yaranışdan mövcuddur.
3. Döyüşçülər və onların ailələrinin qayğıya, təhsilə, istirahətə və dolanışığa ehtiyacları var. Bu səbəbdən də savaş ilin üçdə birində döyüş məcburi şəkildə dayandırılır. Hətta döyüş zamanı da xəbərsiz qalanlar, qadınlar, qocalar və uşaqlar nəzərdən qaçırılmamalı, qəfil hücuma yol verilməməlidir.
4. İlin bütün ayları eyni deyil. Vaxtın da müqəddəsi olur.
5. İslamın həm əmin-aman məkanı (Məkkə), həm də əmin-aman zamanı (haram aylar) var. Dörd haram aydan üçünün mehvəri həcc ayıdır.
6. Haram aylara biganəliyin zərəri insanlara aiddir.
7. İslam savaş məqsədində deyil. Əksinə, bu ilahi din düşüncə, dəlil, hikmət, moizə və əmin-aman həyat prinsiplərinə əsaslanır. Amma düşmənlər təcavüz etdikdə müsəlmanların müdafiə haqqı var. Hətta haram aylarda da müdafiə zəruridir.
8. Düşmənə icazə verməyin ki, sizin dini müqəddəsliklərinizdən və fiqh hökmlərinizdən sui-istifadə etsin. Düşmən haram aylarda hücuma keçdikdə özünüzü müqəddəs göstərib bir yerdə dayanmayın, müdafiə olunun!
9. Düşmənə onun hücum üslubunda cavab verin.
10. Qələbə təqva sayəsində əldə olunur.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.