"Onlar orada əbədi qalarlar. Həqiqətən, Allahın yanında böyük mükafat var."
1. Allah hicrət etmiş mücahid möminləri behiştlə müjdələmişdir. (Başqa ayələrdə digər müjdələr sadalanır.)
2. Əqidə məktəbinin komplekslik nişanələrindən biri də fitrətin nəzərə alınması ilə yanaşı ardıcıllara ümid verilməsidir.
3. Müjdə və mükafat rübubiyyət şənindəndir.
4. İlahi rəhmət və behiştdən bəhrələnmə qurtuluş göstəricilərindəndir.
5. Allahın rəhmət və razılığı maddi nemətlərdən öndə gəlir.
6. Behişt bağları nemətlə doludur.
7. Fani nemətləri Allaha xatir boşlasaq, əbədi nemətlərə çatarıq.
8. Fəna və zaval dünya nemətlərinə məxsus böyük bəlalardandır. Qiyamətdə bu sayaq bəlalar yoxdur.
9. Böyük mükafat yalnız Allahın əlindədir. Başqalarının mükafatı istənilən bir halda kiçikdir.
10. Bütün dünyanı "qəlil”(az) adlandıran Allah mücahidlərin mükafatını "əzim” (böyük) kimi təqdim edir.
11. Allah əlimizdəki az və fani nemətləri ən yuxarı qiymətə alır. Halbuki elə bu cüzi nemətləri də Özü verib.