Ət-Tövbə surəsi - Ayə: 19

Məkkəvi Quran-ı Kərim
Ət-Tövbə surəsi - Ayə: 19
Yoxsa siz hacılara su verməyi və Məscidül-Həramı abadlaşdırmağı Allaha və axirət gününə iman gətirən və Allah yolunda cihad edən şəxs(in iman və əməli) ilə bir tutursunuz? Allah yanında (bu ikisi əsla) bir deyildir. Allah zalım dəstəni hidayət etməz.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ət-Tövbə surəsi 19. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 19 MÖHSÜN QƏRAƏTİ.

"Yoxsa hacılara su verməyi, Məscidül-həramı təmir etməyi Allah və qiyamət gününə iman gətirib Allah yolunda cihad edənin işi ilə eyni tutursunuz? Bu iki iş Allah yolunda eyni ola bilməz. Allah zalım qövmü hidayət etməz.”
Nöqtələr
Peyğəmbərin (s) əmisi Abbas və Şeybə öz işlərini bir-birlərinə sadalayıb lovğalanırdılar. Abbas Allah evinin ziyarətçilərinə su verdiyi, Şeybə Kəbə açarlarını gəzdirdiyi üçün qürrələnirdi.
Həzrət Əli (ə) buyurdu: "Amma mən öz az yaşımla iftixar edirəm ki, siz mənim cihad və qılıncıma iman gətirdiniz.” Abbas Həzrət Əlinin (ə) bu sözlərindən narahat olub ondan Peyğəmbərə (s) şikayət etdi. Bu vaxt həmin ayə nazil oldu. 
Həzrət Əli (ə) öz öncüllüyünün sübutunda dəfələrlə bu ayəyə istinad etmişdir. Bəli, iman və cihad mənəvi dəyərdən məhrum şirk dövründəki xidmətlərdən üstündür.
Bildirişlər
1. Əməllərimizə uymayaq. İmansız əməl puç bir ilğım, cansız cəsəddir.
2. İxlaslı döyüşçülər başqalarından üstündürlər.
3. İmanlı mücahidləri başqaları ilə bir tutmaq məzəmmət olunur və ictimai zülmlərdən sayılır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.