Ət-Tövbə surəsi · 22-ci ayə

Onlar orada həmişəlik olaraq, əbədi qalacaqlar. Həqiqətən Allah yanında böyük bir mükafat vardır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 22
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Onlar orada əbədi qalarlar. Həqiqətən, Allahın yanında böyük mükafat var."
Bildirişlər
1. Allah hicrət etmiş mücahid möminləri behiştlə müjdələmişdir. (Başqa ayələrdə digər müjdələr sadalanır.)
2. Əqidə məktəbinin komplekslik nişanələrindən biri də fitrətin nəzərə alınması ilə yanaşı ardıcıllara ümid verilməsidir.
3. Müjdə və mükafat rübubiyyət şənindəndir.
4. İlahi rəhmət və behiştdən bəhrələnmə qurtuluş göstəricilərindəndir.
5. Allahın rəhmət və razılığı maddi nemətlərdən öndə gəlir.
6. Behişt bağları nemətlə doludur.
7. Fani nemətləri Allaha xatir boşlasaq, əbədi nemətlərə çatarıq.
8. Fəna və zaval dünya nemətlərinə məxsus böyük bəlalardandır. Qiyamətdə bu sayaq bəlalar yoxdur.
9. Böyük mükafat yalnız Allahın əlindədir. Başqalarının mükafatı istənilən bir halda kiçikdir.
10. Bütün dünyanı "qəlil”(az) adlandıran Allah mücahidlərin mükafatını "əzim” (böyük) kimi təqdim edir.
11. Allah əlimizdəki az və fani nemətləri ən yuxarı qiymətə alır. Halbuki elə bu cüzi nemətləri də Özü verib.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 22-ci ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 22-ci ayəsi nə haqqındadır?
Onlar orada həmişəlik olaraq, əbədi qalacaqlar. Həqiqətən Allah yanında böyük bir mükafat vardır.
Ət-Tövbə surəsi 22-ci ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 22-ci ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 22-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 22-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 22-ci ayənin təfsiri nədir?
"Onlar orada əbədi qalarlar. Həqiqətən, Allahın yanında böyük mükafat var." Bildirişlər 1. Allah hicrət etmiş mücahid möminləri behiştlə müjdələmişdir. (Başqa ayələrdə digər müjdələr sadalanır.) 2. Əqidə məktəbinin komplekslik nişanələrindən biri də fitrətin nəzərə alınması ilə yanaşı ardıcıllara ümid verilməsidir. 3. Müjdə və mükafat rübubiyyət şənindəndir. 4. İlahi rəhmət və behiştdən bəhrələnmə qurtuluş göstəricilərindəndir. 5. Allahın rəhmət və razılığı maddi nemətlərdən öndə gəlir. 6. Behiş...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.