Ət-Tövbə surəsi · 14-cü ayə

Onlarla vuruşun ki, Allah onlara sizin əlinizlə əzab versin, onları xar etsin, sizi onlara qalib etsin və möminlərdən (müşriklərdən yaralı) olan dəstənin ürəklərinə şəfa versin.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 14
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Onlarla döyüşün ki, Allah sizin əlinizlə onlara əzab versin, onları xar, etsin, sizi isə qalib etsin və möminlərin qəlbinə məlhəm qoysun.”
Nöqtələr
Sual: "Ənfal” surəsinin 32-ci ayəsində buyurulurdu ki, Peyğəmbərin (s) xalq arasında olması xalqı əzabdan qoruyur. Bu ayədə deyilənlər həmin buyruqla zidd deyilmi?
Cavab: Əgər "Ənfal” surəsində Ad və Səmud qövmünə nazil olmuş əzab kimi səmavi və sarsıdıcı əzab nəzərdə tutulurdusa, bu ayədə döyüş çətinliklərinə işarə olunur.
Bildirişlər
1. Döyüş cəbhələri ilahi yardımların nazil olduğu məhəllərdir. (Cihad sizdən, yardım isə Allahdandır.)
2. Mücahidlər haqqın vuran əli, ilahi hökmün icra amilidir.
3. İlahi sünnələr təbii yolla, səbəblər əsasında həyata keçir.
4. Düşmənin hərbi məğlubiyyətinin ardınca onun ruhi və siyasi məğlubiyyəti gəlir.
5. Allah din düşmənlərinin süqutu və möminlərin izzətə çatması istəyindədir.
6. Küfrün məhvi, kafirlərin süqutu və möminlərin rahatlığı döyüş məqsədlərindəndir.
7. Döyüşdən öncə təşviq və təbliğə ehtiyac var. Allah möminlərə qəti müjdə verir.
8. İlkin İslam dövründə müsəlmanların qəlbi yaralanmışdı, onlar incidilmişdilər.
9. Döyüşdə bir dəstə şəhid olsa da, İslam ümməti izzət və aramlığa çatır.
10. İctimai məsələlərdə möminlərin taleyi bir-birinə bağlıdır. Sizin qələbəniz digər möminlərin qəlbinə şəfa olur.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 14-cü ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 14-cü ayəsi nə haqqındadır?
Onlarla vuruşun ki, Allah onlara sizin əlinizlə əzab versin, onları xar etsin, sizi onlara qalib etsin və möminlərdən (müşriklərdən yaralı) olan dəstənin ürəklərinə şəfa versin.
Ət-Tövbə surəsi 14-cü ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 14-cü ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 14-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 14-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 14-cü ayənin təfsiri nədir?
"Onlarla döyüşün ki, Allah sizin əlinizlə onlara əzab versin, onları xar, etsin, sizi isə qalib etsin və möminlərin qəlbinə məlhəm qoysun.” Nöqtələr Sual: "Ənfal” surəsinin 32-ci ayəsində buyurulurdu ki, Peyğəmbərin (s) xalq arasında olması xalqı əzabdan qoruyur. Bu ayədə deyilənlər həmin buyruqla zidd deyilmi? Cavab: Əgər "Ənfal” surəsində Ad və Səmud qövmünə nazil olmuş əzab kimi səmavi və sarsıdıcı əzab nəzərdə tutulurdusa, bu ayədə döyüş çətinliklərinə işarə olunur. Bildirişlər 1. Döyüş cəbh...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.