Ət-Tövbə surəsi · 129-cu ayə

Beləliklə, əgər (haqqı qəbul etməkdən) üz döndərsələr, de: «Mənə Allah kifayətdir, O Allah ki, Ondan başqa bir məbud yoxdur, Ona təvəkkül etdim və O, böyük ərşin Rəbbidir».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 129
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Əgər (Allahın buyruqlarından) üz çevirsələr, de ki, Allah mənə yetər. Ondan savay heç bir məbud yoxdur, yalnız Ona təvəkkül etmişəm və O, böyük ərşin Rəbbidir.”
Nöqtələr
Ötən ayədə Peyğəmbərin (s) canıyananlığından danışıldı. Bu ayədə isə buyurulur ki, Peyğəmbərin (s) səyləri xalqa möhtaclıq kimi başa düşülməməlidir. Bütün xalq ondan üz çevirsə də Allah onunladır. Necə ki, bəşəriyyətin günəşə üz və ya arxa çevirməsinin günəş üçün heç bir fərqi yoxdur.
İmam Sadiq (ə) buyurmuşdur: "Ərşil-əzim” dedikdə böyük mülk nəzərdə tutulmuşdur.” 
Əzəmətli varlıq nizamını qoruyan və idarə edən Allah kiçik insanı da öz lütfü kölgəsində qoruya bilər.
İmam Hüseyn (ə) Ərəfə duasında Allah-təalaya xitabən ərz edir: "Sənin kimi bir Rəbbi olmayanın kimi var?! Sənin kimi bir Rəbbi olanın nəyi yoxdur?!”
Bildirişlər
1. Xalqın dindən üz döndərməsi bizim iman və ruhiyyəmizə təsir göstərməməlidir.
2. Allahı olanın nəyi əskikdir?!
3. Allaha təvəkkül müşküllərin həlli rəmzidir.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 129-cu ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 129-cu ayəsi nə haqqındadır?
Beləliklə, əgər (haqqı qəbul etməkdən) üz döndərsələr, de: «Mənə Allah kifayətdir, O Allah ki, Ondan başqa bir məbud yoxdur, Ona təvəkkül etdim və O, böyük ərşin Rəbbidir».
Ət-Tövbə surəsi 129-cu ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 129-cu ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 129-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 129-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 129-cu ayənin təfsiri nədir?
"Əgər (Allahın buyruqlarından) üz çevirsələr, de ki, Allah mənə yetər. Ondan savay heç bir məbud yoxdur, yalnız Ona təvəkkül etmişəm və O, böyük ərşin Rəbbidir.” Nöqtələr Ötən ayədə Peyğəmbərin (s) canıyananlığından danışıldı. Bu ayədə isə buyurulur ki, Peyğəmbərin (s) səyləri xalqa möhtaclıq kimi başa düşülməməlidir. Bütün xalq ondan üz çevirsə də Allah onunladır. Necə ki, bəşəriyyətin günəşə üz və ya arxa çevirməsinin günəş üçün heç bir fərqi yoxdur. İmam Sadiq (ə) buyurmuşdur: "Ərşil-əzim” de...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.