Ət-Tövbə surəsi · 118-ci ayə

Və həmçinin («Təbuk» qoşunu ilə aparılmayıb) yerdə qoyulan (və Peyğəmbərin – səlləllahu əleyhi və alihi və səlləm – əmri ilə camaatın əlaqələrini kəsdiyi) o üç nəfərə (rəhm etdi)! Nəhayət yer üzü bütün genişliyi ilə onlara daraldı, ürəkləri özlərindən təngə gəldi və bildilər ki, Allahdan (qaçmaq üçün) Onun Özündən başqa bir sığınacaq yoxdur. Sonra Allah Öz rəhməti ilə onlara üz tutdu ki, tövbə etsinlər və (Ona tərəf) qayıtsınlar. Həqiqətən Allah Özü tövbələri çox qəbul edən və mehribandır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 118
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
Geri qalmış üç nəfərə yer öz genişliyi ilə dar gəldiyi və özlərindən yorulub Allah qarşısında ondan savay heç bir sığınacaqları olmadığını anladıqları vaxt Allah Öz lütfünü şamil etdi ki, tövbəyə müvəffəq olsunlar. Həqiqətən, Allah tövbələri qəbul edən və mehribandır.”
Nöqtələr
Təbukda iştirak etməmiş üç müsəlman (Kəb ibn Malik, Mərarə ibn Rəbi, Hilal ibn Üməyyə peşman olub üzrxahlıq üçün Peyğəmbərin (s) yanına gəldilər. Amma həzrət onlarla danışmadı və göstəriş verdi ki, kimsə onlarla ünsiyyət saxlamasın, hətta qadınları da onlara yaxınlaşmasın. Bu üç nəfər Mədinə ətrafındakı dağlara üz tutub tövbə üçün ayrı-ayrılıqda göz yaşı axıtmağa başladılar.
50 gündən sonra Allah onların tövbəsini qəbul etdi. 
Bildirişlər
1. Döyüşə və rəhbərliyin əmrlərinə etinasızlıq göstərənlər tənbeh olunmalı, bir müddət kənarda saxlanılmalıdırlar.
2. Küskünlük və etinasızlıq müxaliflərin və günahkarların tərbiyə üsullarından biridir.
3. Müxaliflərlə mənfi (üz çevirməklə) mübarizə cəmiyyəti onlar üçün keşikçisiz zindana döndərir.
4. Peyğəmbər ilahi rəhmət güzgüsü olsa da, bir tərbiyəçi kimi arxa çevirmək vasitəsindən də istifadə edir.
5. Vicdan əzabı mövcud əzablardan biridir.
6. Xalqdan ümidsizlik tövbə üçün zəmin yaradır, diqqəti Allaha yönəldir.
7. Tövbə tövfiqi də ilahi lütf sayəsində əldə olunur. Allah öncə Öz lütfünü nazil edir ki, insan peşman olub tövbə qılsın. İnsan tövbə edən kimi Allah yenidən onun tövbəsini qəbul edir.
8. Bir müddət mənfi (etinasızlıq göstərməklə) mübarizədən sonra günahkarın tərbiyəsi üçün münasib şərait yaranır. Yalnız bundan sonra biz onları mehribanlıqla qəbul edək.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 118-ci ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 118-ci ayəsi nə haqqındadır?
Və həmçinin («Təbuk» qoşunu ilə aparılmayıb) yerdə qoyulan (və Peyğəmbərin – səlləllahu əleyhi və alihi və səlləm – əmri ilə camaatın əlaqələrini kəsdiyi) o üç nəfərə (rəhm etdi)! Nəhayət yer üzü bütün genişliyi ilə onlara daraldı, ürəkləri özlərindən təngə gəldi və bildilər ki, Allahdan (qaçmaq üçün) Onun Özündən başq...
Ət-Tövbə surəsi 118-ci ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 118-ci ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 118-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 118-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 118-ci ayənin təfsiri nədir?
Geri qalmış üç nəfərə yer öz genişliyi ilə dar gəldiyi və özlərindən yorulub Allah qarşısında ondan savay heç bir sığınacaqları olmadığını anladıqları vaxt Allah Öz lütfünü şamil etdi ki, tövbəyə müvəffəq olsunlar. Həqiqətən, Allah tövbələri qəbul edən və mehribandır.” Nöqtələr Təbukda iştirak etməmiş üç müsəlman (Kəb ibn Malik, Mərarə ibn Rəbi, Hilal ibn Üməyyə peşman olub üzrxahlıq üçün Peyğəmbərin (s) yanına gəldilər. Amma həzrət onlarla danışmadı və göstəriş verdi ki, kimsə onlarla ünsiyyət ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.