"(Əhdi pozan müşriklər təkcə sizə münasibətdə yox) heç bir möminə münasibətdə yaxınlıq haqqına və əhd-peymana riayət etməyəcəklər. Onlar həmin təcavüzkarlardır.”
Bu ayə də müşriklərdən bəraətlə bağlı ciddi ilahi göstərişi bəyan edir.
Ötən iki ayədə sizə münasibətdə peymanlara əməl olunmamasından danışıldı. Bu ayədə isə onların bütün iman əhli ilə düşmənçilikləri qeyd edildi.
1. Müşriklər möminlərlə düşməndirlər. Belə isə, onlarla sərt rəftarda tərəddüd göstərməyin.
2. Kafirlərin nəzərində müsəlmanların ən böyük günahı onların Allaha iman gətirmələridir. Onların iman əhli ilə düşmənçilikdə bəhanələri budur.
3. Əhdi pozmaq təcavüzkarlıqdır.
4. Qohumların hüququna riayət və əhdə vəfalı olmaq vacibdir. Bu göstərişlərə etinasızlıq təcavüzkarlıq ruhundan doğur.
5. Əhdi pozmuş müşriklərlə döyüş müdafiə xarakteri daşıyır. On üçüncü ayədə qeyd olunduğu kimi bu döyüşü müsəlmanlar başlamamışdır.