Ət-Tövbə surəsi - Ayə: 9

Məkkəvi Quran-ı Kərim
Ət-Tövbə surəsi - Ayə: 9
Onlar Allahın ayələrini vermək müqabilində az bir qazanc əldə etdilər (Peyğəmbəri və onun kitabını inkar etməklə məqam və dünya əldə etdilər), beləliklə (insanları) Onun yolundan saxladılar. Doğrudan da onların əməlləri pisdir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ət-Tövbə surəsi 9. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 9 MÖHSÜN QƏRAƏTİ.

"(Əhdi pozan müşriklər) Allahın ayələrini ucuz qiymətə satdılar və (xalqı) Allahın yolundan çəkindirdilər. Həqiqətən, onlar pis işlər görürdülər.”
Bildirişlər
1. İnsanın əməl və yol seçimində seçim haqqı var.
2. İlahi ayələri itirmək müqabilində hər nə qazansaq yenə azdır.
3. Dünyapərəstlik səbəbindən insan dinlə mübarizə aparır, xalqı Allahın yolundan çəkindirir.
4. İlahi razılığı əbədi behişti ötəri və bəlalı dünya həyatına satmaq ən zərərli işdir. Çünki Allahın möminlərə lütfü qarşısında bütün dünya və onda olanlar əhəmiyyətsizdir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.