Əsas məzmuna keç

Ət-Tövbə surəsi - 14-cü Ayə

Surə 9
Ayə 14

Azərbaycan dilində tərcümə

Onlarla vuruşun ki, Allah onlara sizin əlinizlə əzab versin, onları xar etsin, sizi onlara qalib etsin və möminlərdən (müşriklərdən yaralı) olan dəstənin ürəklərinə şəfa versin.
Tam Surə

Ət-Tövbə surəsi 14-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 14

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Onlarla döyüşün ki, Allah sizin əlinizlə onlara əzab versin, onları xar, etsin, sizi isə qalib etsin və möminlərin qəlbinə məlhəm qoysun.”
Nöqtələr
Sual: "Ənfal” surəsinin 32-ci ayəsində buyurulurdu ki, Peyğəmbərin (s) xalq arasında olması xalqı əzabdan qoruyur. Bu ayədə deyilənlər həmin buyruqla zidd deyilmi?
Cavab: Əgər "Ənfal” surəsində Ad və Səmud qövmünə nazil olmuş əzab kimi səmavi və sarsıdıcı əzab nəzərdə tutulurdusa, bu ayədə döyüş çətinliklərinə işarə olunur.
Bildirişlər
1. Döyüş cəbhələri ilahi yardımların nazil olduğu məhəllərdir. (Cihad sizdən, yardım isə Allahdandır.)
2. Mücahidlər haqqın vuran əli, ilahi hökmün icra amilidir.
3. İlahi sünnələr təbii yolla, səbəblər əsasında həyata keçir.
4. Düşmənin hərbi məğlubiyyətinin ardınca onun ruhi və siyasi məğlubiyyəti gəlir.
5. Allah din düşmənlərinin süqutu və möminlərin izzətə çatması istəyindədir.
6. Küfrün məhvi, kafirlərin süqutu və möminlərin rahatlığı döyüş məqsədlərindəndir.
7. Döyüşdən öncə təşviq və təbliğə ehtiyac var. Allah möminlərə qəti müjdə verir.
8. İlkin İslam dövründə müsəlmanların qəlbi yaralanmışdı, onlar incidilmişdilər.
9. Döyüşdə bir dəstə şəhid olsa da, İslam ümməti izzət və aramlığa çatır.
10. İctimai məsələlərdə möminlərin taleyi bir-birinə bağlıdır. Sizin qələbəniz digər möminlərin qəlbinə şəfa olur.