Ət-Tövbə surəsi - Ayə: 4

Məkkəvi Quran-ı Kərim
Ət-Tövbə surəsi - Ayə: 4
Müşriklərdən əhd-peyman bağladığınız, sonra sizdən (sizinlə olan əhdlərindən) bir şeyi əskiltməyən və (düşmənlərinizdən) sizin əleyhinizə heç kəsə kömək etməyənlər istisnadırlar. Beləliklə onların əhd peymanını müddətlərinin sonuna qədər tamamlayın. Həqiqətən Allah pərhizkarları sevir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ət-Tövbə surəsi 4. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 4 MÖHSÜN QƏRAƏTİ.

"Peyman bağladığınız, sizə münasibətdə öhdəçiliyini pozmayan və sizə qarşı çıxanlara yardım göstərməyən müşriklərlə peymanlarınızı müddəti başa çatanadək saxlayın. (Əhdinizə vəfalı olun.) Həqiqətən, Allah təqva əhlini sevir.”
Nöqtələr
Yalnız əhdi pozmuş və fitnəkar müşriklərə bəraət elan etmək olar. Bənu-Zumərə və Bənu-Xəzimə kimi əhdinə vəfa edən qəbilələrlə peymanı qorumaq lazımdır. Ayədə onlar istisna olunur.
Həzrət Əli (ə) buyurmuşdur: "Müddətli peymanlarınıza müddət başa çatanadək vəfa qılın. Müddətsiz peyman bağladığınız kəslərə 4 ay möhlət verin.”
Bildirişlər
1. Peymana hörmətlə yanaşanlarla bağlanmış peymanlar möhtərəmdir.
2. Hətta müşriklərlə də olsa, bağlanmış peymana vəfa qılmaq lazımdır.
3. Düşməninizə yardım göstərən şəxs sizə düşməndir. Peymanın qorunma şərtlərindən biri qarşı tərəfin İslam düşmənlərinə yardım göstərməməsidir. İslam düşmənlərinə yardım göstərən kəs bu şərti pozmuşdur və sizə düşməndir.)
4. Əhd-peymana vəfa təqva nişanəsidir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.