Ət-Tövbə surəsi - Ayə: 7

Məkkəvi Quran-ı Kərim
Ət-Tövbə surəsi - Ayə: 7
Məscidül-Həramın yanında əhd-peyman bağladığınız kəslərdən başqa, müşriklərin Allahın yanında və Onun Peyğəmbərinin yanında necə əhd-peymanları ola bilər?! Buna görə də, nə qədər ki, onlar (Məscidül-Həramın yanında əhd-peyman bağladığınız müşriklər) sizinlə (olan əhdlərində) möhkəm durublar, siz də onlarla (olan əhdlərinizdə) möhkəm durun ki, həqiqətən, Allah pəhrizkarları sevir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ət-Tövbə surəsi 7. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 7 MÖHSÜN QƏRAƏTİ.

"Necə ola bilər ki, Allah və Onun rəsulunun müşriklərlə bir peymanı olsun? Məscidül-həramın yanında peyman bağladığınız kəslər istisnadır. Nə qədər ki, əhdlərinə vəfalıdırlar, siz də vəfa qılın. Allah təqvalıları sevir.”
Nöqtələr
Bu ayə "bəraət” surəsinin başlanğıc ayələrini açıqlayır, bəraət və uzaqlaşma üçün dəlillər göstərir. Bəli, onlar öz əhdlərinə vəfa qılmadılar.
Kəbənin 48 mil radiuslu dairəsi "Hərəm” sayılır. Bu məntəqədə bağlanmış peymanlar "İndəl-məscidil-həram” adlanır. Məsələn, Məkkədən on beş mil aralı bağlanmış "Hüdəybiyyə” peymanı bu qəbildəndir.
Peyman yerinin bəyanı zamanı Məscidül-həramın adının çəkilməsi həmin məkanın əhəmiyyətini göstərir. Amma Məscidül-həramdan kənarda bağlanmış peymanlara da vəfa qılmaq lazımdır.
Bildirişlər
1. Yəhudilər və müşriklər müsəlmanlarla daha çox düşmən olduqlarından  onların çoxundan vəfa gözləməyin.
2. Tənqid edərkən sağlam fərdləri istisna edək.
3. Öz düşmənlərinizlə bağladığınız peymanlara münasibətdə onlar kimi rəftar edin.
4. Təqva üçün əhdə vəfa, əhdə vəfa üçün təqva lazımdır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.