Ət-Tövbə surəsi - Ayə: 6

Məkkəvi Quran-ı Kərim
Ət-Tövbə surəsi - Ayə: 6
Əgər (təqib edilən) müşriklərdən biri səndən aman istəsə, Allahın kəlamını eşitmək üçün ona aman ver. Sonra onu təhlükəsiz olduğu yerə çatdır. Çünki onlar bilməyən bir dəstədirlər.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ət-Tövbə surəsi 6. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 6 MÖHSÜN QƏRAƏTİ.

"Əgər müşriklərdən biri səndən aman və pənah istəsə, ona Allah kəlamını eşitməsi üçün pənah ver, sonra onu əmin-aman məkana çatdır. Çünki onlar xəbərsiz bir qövmdür.”
Bildirişlər
1. Düşmən sığınacaq istədikdə islami düşüncəni götür-qoy edib araşdırması üçün ona müsbət cavab verin.
2. Hətta müşriklər üçün də düşüncə və götür-qoy yolu açıqdır. Bir nəfərin doğru yola gələcəyini ehtimal edərək fərqli hesab aparmalıyıq.
3. İslam mərhəmət, şərafət və kəramət dinidir.
4. Düşmənə də düşünmək üçün fürsət verin. Hətta döyüş gedişində xalqı düşünmək imkanından məhrum etməyin.
5. Haqqın müəyyənləşdirilməsi və doğru əqidənin seçilməsi üçün möhlət lazımdır.
6. Quran dərk olunası kəlamdır və hidayət üçün zəmin hazırlayır. Quran insan düşüncəsinin qavrayacağı kitabdır.
7. İslam hökuməti azğınlar üçün şərait yaratmalıdır ki, onlar Quran kəlamını eşitsinlər. Çünki bəzilərində çaşqınlığın səbəbi onların həqiqətdən xəbərsizliyi, təbliğatın olmamasıdır. Ola bilsin ki, bir çoxları haqqı eşitsə qəbul edər.
8. İslam azadlıq dinidir. Qorxu-hürkü ilə yox, düşüncə ilə əldə edilən iman dəyərlidir.
9. Məntiqə əsaslanan əqidə məktəbində tələskənlik yoxdur. Düşmənə düşünmək üçün fürsət verin və ona rahat götür-qoy etmək üçün şərait yaradın.
10. Bəzilərinin küfrü cəhalətdən qaynaqlanır. Əgər onlar xəbərdar olsalar, haqqı qəbul edərlər.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.