Ət-Tövbə surəsi - Ayə: 5

Məkkəvi Quran-ı Kərim
Ət-Tövbə surəsi - Ayə: 5
Beləliklə, elə ki, haram aylar (verilmiş möhlət və döyüşməyin haram olduğu dörd ay) sona çatdı, müşrikləri harada görsəniz (istər Hərəmin daxilində olsunlar, istərsə də xaricində, haram aylarda olsun və ya başqa aylarda) öldürün, tutun, mühasirəyə alın və hər yerdə onların pusqusunda durun. Beləliklə, əgər tövbə etsələr, namaz qılsalar və zəkat versələr yollarını açın ki, həqiqətən Allah çox bağışlayan və mehribandır.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ət-Tövbə surəsi 5. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 5 MÖHSÜN QƏRAƏTİ.

"Haram aylar ötüb keçdikdən sonra müşrikləri harada tapsanız öldürün, həbs edin, mühasirəyə salın, hər yerdə onlara pusqu qurun. Tövbə etsələr, namaz qılsalar, zəkat ödəsələr onlara yol açın (azad buraxın). Həqiqətən, Allah bağışlayan və mehribandır.”
Nöqtələr
Məkkədə on üç il peyğəmbəri və müsəlmanları incitmiş və hicrətdən sonra da 9 il məkrindən əl çəkməmiş kafirlər məhvə layiqdirlər.
"Həys” (حیث) sözü həm zaman, həm də məkanla bağlı işlədilir.
İmam Baqir (ə) buyurmuşdur: "Şirkdən tövbə yolu iman gətirməkdir.” 
Bildirişlər
1. Bütün dəvət mərhələlərini adladıqdan sonra müşriklər yenə də düşmənçiliyə əl atarsa, onların məhvi üçün bütün yollardan istifadə edin. Məsələn, öldürün, əsir götürün, yollarını bağlayın, mühasirəyə salın.
2. Həm qətiyyət, həm də mülayimlik lazımdır.
3. Səmavi din azadlığı qəbuldur. Amma düşüncə azğınlığı, ağıl və insanlığın süqutu dözüləsi deyil.
4. Müsəlmanlar daim fitnəkarları nəzarətdə saxlaalı, bir növ pusquda dayanmalıdırlar.
5. Müsəlmanların təhlükəsizlik şəbəkələri hətta sərhəd xaricində fitnəkarları nəzarət altında saxlamalıdır.
6. Fitnəkar düşmənlərin məhvi üçün bütün sərhədlərə və nüfuz yollarına nəzarət edilməlidir.
7. Hətta döyüş gedişində tövbəni qəbul edək. Çünki İslam düşmənçilik və intiqam yox, mərhəmət və böyüklük dinidir.
8. Tövbə əməllə müşayiət olunmalıdır. Əməlsiz tövbələrə aldanmayaq.
9. Şirkin tövbəsi iman gətirməkdir. Həqiqi tövbə nişanəsi namaz və zəkatdır.
10. Namaz ibadətlərin birincisidir. Dini şüarlara (namaz və zəkata) hörmətlə yanaşanlara qarşı çıxmayaq.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.