Ət-Tövbə surəsi - Ayə: 8

Məkkəvi Quran-ı Kərim
Ət-Tövbə surəsi - Ayə: 8
(Bəli, onların əhdlərinə) necə (etimad bəslənə bilər)? Halbuki, əgər sizə qalib gəlsələr, sizin haqqınızda nə bir qohumluğu nəzərə alarlar, nə də bir əhdnaməyə riayət edərlər. Sizi öz sözləri ilə razı salırlar, halbuki, ürəkləri imtina edir. Onların çoxu (Allaha və vicdanlarına qarşı) itaətsizdirlər.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ət-Tövbə surəsi 8. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 8 MÖHSÜN QƏRAƏTİ.

"Axı necə (onlarla peyman bağlamaq olar), bir halda ki, sizə qalib gəldikdə heç bir yaxınlıq və peymanı nəzərə almazlar, sizi öz yumşaq dilləri ilə razı salarlar, amma qəlbən qəbul etmirlər. Onların çoxu həddi aşanlardır.”
Nöqtələr
"İll” deyərkən yaxınlıq, qonşuluq və qəlb bağlılıqları nəzərdə tutulur. (İlkin İslam dövrünün müsəlmanları və müşriklər arasında yaxınlıq, əhd-peymana vəfa etmək lazımdır. Hər kəs bu peymanı pozsa, xalq tərəfindən məzəmmət olunur.
Bu ayələr əhdi pozmuş müşriklərlə sərt rəftar göstərişinin növbəti bir dəlilidir.
”Düşmən bizə qalib gəlsə, pislik edər”, deyə ona hücum etmək olmaz. Düşmənə qarşı təcavüz üçün dəlillər olmalıdır. Əks-təqdirdə, qarşı tərəfə hücum "cinayətdən öncə qisas” sayılar.
Bildirişlər
1. Düşmənin nə dərəcədə kinli olduğu o qüdrətə çatdığı vaxt müəyyənləşir.
2. Qalib gələcəyi təqdirdə həddi aşacağı gözlənilən düşmən qarşısında sükut və sadəlövhlük günahdır.
3. Müşriklər nə insanlıq və qonşuluq çərçivəsini gözləyir, nə də əhd-peymana hörmət qoyurlar.
4. Düşmənin siyasi oyunlarına və azdırıcı təbliğatına aldanmayaq.
5. Əhdi pozmaq, nifaq, maskalanma, siyasətbazlıq günahdır.
6. Müşriklərin əksəri günahkardır. Amma onların da arasında sağlam fərdlər tapılır. (Münasibətlərimizdə insaflı olaq.)
Müəllif: MÖHSÜN QƏRAƏTİ.