Taha ‏ surəsi · 89-cu ayə

Məgər onlar həmin buzovun (çağıran zaman) onlara bir cavab vermədiyini və onlar üçün bir ziyan və xeyirə malik olmadığını görmürlər?!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 89
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Görmürlərmi ki, (buzovun) onlara heç bir cavabı yoxdur və onlar üçün xeyir-zərər sahibi deyil?!”

Nöqtələr
Samirinin ustalıqlarından biri bu idi ki, buzovu xalqın gözü qarşısında düzəltmədi. Xalq birdən birə səs çıxaran buzov heykəli ilə üzbəüz qaldı.
Bəni-İsrailin ağlına da gəlmədi ki, əgər buzov pərəstişə layiqdirsə, onu düzəldən Samiriyə daha öncə pərəstiş edilməlidir.
Bildirişlər
1. Sosioloji və psixoloji əsaslara malik sənət əsəri daha təsirlidir. (Samirinin tez bir zamanda müvəffəqiyyət qazanmasının səbəbi onun cəmiyyətdəki bütpərəstlik və buzovpərəstlik zəminini və rəhbərin olmamasını nəzərə alması idi.)
2. Azğın insanın ixtiyarındakı sənət sərxoşun əlindəki xəncər kimidir. Samirinin buzovu da bu qəbildən idi.
3. Heykəltəraşlığın, metal əritmənin və tökməçiliyin uzun keçmişi var.
4. Hər bir ümmət və inqilabı hədələyən ən böyük təhlükə irtica, dinsizlik, azğın mədəniyyətdir.
5. Bütün insanların fitrətində allahpərəstlik var. Peyğəmbərlər doğru yol və həqiqi məbudu göstərirsə, samirilər insanları əyri yola və buzovpərəstliyə çağırırlar.
6. Haqpərəst rəhbəri böhtanla sıradan çıxardıqdan sonra onların ətrafını aradan götürmək asanlaşır.
7. İlahi göstərişləri unutmayın. Din rəhbərlərindən uzaq düşməyin nəticəsi azğınlıq və bədbəxtlikdir. (Qeyd olunur ki, Samiri Musanın tərəfdarlarından idi, sonradan onunla bağladığı əhdi unutmuşdu.)("Təfsire-nümunə)
8. Peyğəmbər yolu dəlil və məntiq yoludur. (Ağıl deyir ki, insanın üz tutduğu məbud ona mənfəət verib, zərərdən qorumaq qüdrətinə malik olmalıdır.)

Tez-tez Verilən Suallar

Taha ‏ surəsi 89-cu ayə haqqında suallar və cavablar

Taha ‏ surəsinin 89-cu ayəsi nə haqqındadır?
Məgər onlar həmin buzovun (çağıran zaman) onlara bir cavab vermədiyini və onlar üçün bir ziyan və xeyirə malik olmadığını görmürlər?!
Taha ‏ surəsi 89-cu ayə hansı surədə yerləşir?
Taha ‏ surəsi Quran-ı Kərimin 20-ci surəsidir. Bu surə Məkkəvi surədir və 89-cu ayə Taha ‏ surəsinin tərkib hissəsidir.
Taha ‏ surəsi 89-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Taha ‏ surəsinin 89-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Taha ‏ surəsi 89-cu ayənin təfsiri nədir?
"Görmürlərmi ki, (buzovun) onlara heç bir cavabı yoxdur və onlar üçün xeyir-zərər sahibi deyil?!”NöqtələrSamirinin ustalıqlarından biri bu idi ki, buzovu xalqın gözü qarşısında düzəltmədi. Xalq birdən birə səs çıxaran buzov heykəli ilə üzbəüz qaldı.Bəni-İsrailin ağlına da gəlmədi ki, əgər buzov pərəstişə layiqdirsə, onu düzəldən Samiriyə daha öncə pərəstiş edilməlidir.Bildirişlər1. Sosioloji və psixoloji əsaslara malik sənət əsəri daha təsirlidir. (Samirinin tez bir zamanda müvəffəqiyyət qazanma...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.