Taha ‏ surəsi · 87-ci ayə

Dedilər: Biz sənin vədinə öz ixtiyarımızla xilaf çıxmadıq. Lakin bizim çiynimizə (Fironun) qövmün(ün) çoxlu miqdarda zinəti qoyulmuşdu. Onları (od kürəsinə) atdıq, həmçinin Samiri də (özündə olanları) atdı.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 87
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"(İnsanlar Musaya) dedilər: «Biz öz istəyimizlə vədə xilaf çıxmadıq. Onun (Fironun) qövmünün bər-bəzəkləri ilə yüklənmişdik. Biz onları (oda) atdıq. Samiri bu sayaq (bizə) təlqin etdi.»”

Bildirişlər
1. Günahkarlar cəzadan qaçmaq üçün xaricdən məcburiyyət, sıxıntı kimi bəhanələr gətirirlər.
2. Haram mal haram işə sərf olar. (Fironçuların zülm yolu ilə əldə etdiyi bər-bəzəklər sonda buzovun düzəldilməsinə xərcləndi.)("Mufrədati-Rağib”.)
3. Dünyaya aid bir çox görüntülər, bər-bəzəklər və mal-mülk insan üçün dərd-bəladır.
4. Azğınlar xalqın öz sərmayəsindən onu azdırmaq, çirkin məqsədlərinə çatmaq üçün istifadə edirlər.
5. Zəif imanlı və müti cəmiyyət özü hər şeyi asanlıqla əldən verir.
6. Azğınların təlqini və sənəd nümayişləri cəmiyyətə təsirsiz qalmır.
7. Günahkar şəxs öz günahını başqasının boynuna atmağa çalışır.
8. Ən böyük zərbələr azğınlıq amillərinin özünə aiddir.

Tez-tez Verilən Suallar

Taha ‏ surəsi 87-ci ayə haqqında suallar və cavablar

Taha ‏ surəsinin 87-ci ayəsi nə haqqındadır?
Dedilər: Biz sənin vədinə öz ixtiyarımızla xilaf çıxmadıq. Lakin bizim çiynimizə (Fironun) qövmün(ün) çoxlu miqdarda zinəti qoyulmuşdu. Onları (od kürəsinə) atdıq, həmçinin Samiri də (özündə olanları) atdı.
Taha ‏ surəsi 87-ci ayə hansı surədə yerləşir?
Taha ‏ surəsi Quran-ı Kərimin 20-ci surəsidir. Bu surə Məkkəvi surədir və 87-ci ayə Taha ‏ surəsinin tərkib hissəsidir.
Taha ‏ surəsi 87-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Taha ‏ surəsinin 87-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Taha ‏ surəsi 87-ci ayənin təfsiri nədir?
"(İnsanlar Musaya) dedilər: «Biz öz istəyimizlə vədə xilaf çıxmadıq. Onun (Fironun) qövmünün bər-bəzəkləri ilə yüklənmişdik. Biz onları (oda) atdıq. Samiri bu sayaq (bizə) təlqin etdi.»”Bildirişlər1. Günahkarlar cəzadan qaçmaq üçün xaricdən məcburiyyət, sıxıntı kimi bəhanələr gətirirlər.2. Haram mal haram işə sərf olar. (Fironçuların zülm yolu ilə əldə etdiyi bər-bəzəklər sonda buzovun düzəldilməsinə xərcləndi.)("Mufrədati-Rağib”.)3. Dünyaya aid bir çox görüntülər, bər-bəzəklər və mal-mülk insan...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.