Taha ‏ surəsi · 86-cı ayə

Musa acıqlı və heyfsilənən halda qövmünə tərəf qayıtdı. Dedi: Ey mənim qövmüm, məgər Rəbbiniz sizə gözəl bir vəd verməmişdi (ki, sizə Tövratı nazil etsin)? Yoxsa (mənim getdiyim) müddət sizə çox gəldi və ya Rəbbinizdən sizə bir qəzəb nazil olmasını istədiyiniz üçün mənim vədimə xilaf çıxdınız?

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 86
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Musa qəzəbli və pərişan halda qövmünün yanına qayıtdı. O dedi: "Ey mənim qövmüm! Rəbbiniz sizə xeyir vəd etməyibmi? (Mənim olmadığım) müddət sizə uzun gəldimi? Yoxsa Rəbbinizin qəzəbinə gəlmək istədiyiniz üçün mənimlə olan vədinizə xilaf çıxdınız?”

Nöqtələr
Bu ayədə iki vədə işarə olunur: Allah tərəfindən Tövratın nazil olması ilə bağlı vəd; Musadan sonra qardaşı Haruna itaətlə bağlı verilmiş vəd. Amma xalq buzovpərəstliyə üz tutub bu vədləri unutdu. Musa onları məzəmmət edərkən azğınlıqlarının səbəbini soruşdu: "Siz bilmədən yolunuzu azdınız, yoxsa bilərəkdən Allahın qəzəbinə üz tutdunuz? Bəlkə otuz gün əvəzində qırx gün olmamağım sizi çaşdırdı?”("Təfsire-nümunə”.)
Bu ayədə də 81-ci ayədəki kimi ilahi qəzəbin nazil olmasından danışılır. Amma qəzəb səbəbi kimi birinci halda xalqın tüğyanı, ikinci halda xalqın əhdi pozması göstərilir. Bəni-İsrailin süqutu məhz bu amillərlə bağlı idi.
Bildirişlər
1. Hansısa azğınlıqdan xəbər tutan kimi dərhal reaksiya göstərin.
2. Dini qeyrət ilahi övliyaların bariz sifətlərindəndir. (Xalqın yolunu azması ilahi rəhbər və övliyaları qəmləndirir.)
3. Allahın razılığı yolunda qəzəb məzəmmət olunmur. Allah övliyalarını qəzəbləndirib pərişan edən xalqın yolunu azması və mənəvi büdrəməsidir.)
4. Münasib vaxtda xətakar məzəmmət olunmalıdır.
5. Rəhbərin bir müddət olmaması və yaxud proqramdakı cüzi dəyişikliklər azğınlıq və dindən kənarlaşma səbəbi olmamalıdır.
6. İrtica, dinsizlik və əhdi pozmaq Allahın qəhr-qəzəbi ilə nəticələnir.
7. Qəhr-qəzəb tərbiyə üsullarındandır.
8. Peyğəmbərlə əhdi pozmaq ilahi qəzəb amilidir. (Peyğəmbərlərlə xalq arasında öhdəçiliklər olmuşdur. Peyğəmbərlərin hökm və nümayəndələri ilə bağlı bu əhdlərə vəfa qılmaq lazımdır. Musa xalqdan Haruna itaətlə bağlı əhd almışdı.)
9. Peyğəmbərin canişini və nümayəndəsinə qarşı çıxmaq onun özünə qarşı çıxmaqdır. (Haruna itaətsizlik Musaya itaətsizlikdir.)("Təfsire-nümunə”.)
10. Məzəmmət edərkən xilafkarlar üçün tövbə yolu saxlayın. (Musanın çoxsaylı suallarından belə bir nəticə alınır.)

Tez-tez Verilən Suallar

Taha ‏ surəsi 86-cı ayə haqqında suallar və cavablar

Taha ‏ surəsinin 86-cı ayəsi nə haqqındadır?
Musa acıqlı və heyfsilənən halda qövmünə tərəf qayıtdı. Dedi: Ey mənim qövmüm, məgər Rəbbiniz sizə gözəl bir vəd verməmişdi (ki, sizə Tövratı nazil etsin)? Yoxsa (mənim getdiyim) müddət sizə çox gəldi və ya Rəbbinizdən sizə bir qəzəb nazil olmasını istədiyiniz üçün mənim vədimə xilaf çıxdınız?
Taha ‏ surəsi 86-cı ayə hansı surədə yerləşir?
Taha ‏ surəsi Quran-ı Kərimin 20-ci surəsidir. Bu surə Məkkəvi surədir və 86-cı ayə Taha ‏ surəsinin tərkib hissəsidir.
Taha ‏ surəsi 86-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Taha ‏ surəsinin 86-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Taha ‏ surəsi 86-cı ayənin təfsiri nədir?
"Musa qəzəbli və pərişan halda qövmünün yanına qayıtdı. O dedi: "Ey mənim qövmüm! Rəbbiniz sizə xeyir vəd etməyibmi? (Mənim olmadığım) müddət sizə uzun gəldimi? Yoxsa Rəbbinizin qəzəbinə gəlmək istədiyiniz üçün mənimlə olan vədinizə xilaf çıxdınız?”NöqtələrBu ayədə iki vədə işarə olunur: Allah tərəfindən Tövratın nazil olması ilə bağlı vəd; Musadan sonra qardaşı Haruna itaətlə bağlı verilmiş vəd. Amma xalq buzovpərəstliyə üz tutub bu vədləri unutdu. Musa onları məzəmmət edərkən azğınlıqlarının s...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.