Taha ‏ surəsi · 85-ci ayə

Allah buyurdu: Biz səndən sonra sənin qövmünü sınadıq və Samiri onları (Mənə ibadətdən) azdırdı.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 85
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"(Allah) buyurdu: «Həqiqətən, Biz qövmünü səndən sonra sınağa çəkdik və Samiri onları azdırdı.»”

Nöqtələr
İmam Sadiq (ə) yuxarıdakı ayələrə əsasən aşiqin siması haqqında belə buyurur: "Aşiq insan məhbubuna yetənədək yemək, libas, məskən haqqında düşünmür, aramlıq tapmır. Necə ki, həzrət Musa vəhyə çatmaq eşqi ilə yuxu və yeməkdən qalmışdı. O dedi: "Pərvərdigara! Mən qövmümdən tez gəldim ki, sən razı qalasan.”(Təfsire-Məcməül-bəyan”.)
Bildirişlər
1. Peyğəmbər də öz əməllərinə görə cavabdehdir.
2. Rəhbər öndə getməlidir ki, ümmət də onun arxasınca hərəkət etsin.
3. Musa Allah, ilahi kəlamı dinləmək aşiqi idi.
4. Xeyir işdə, Allahın razılığını əldə etmək üçün tələsməyin eybi yoxdur.
5. Peyğəmbərlərin ən böyük məqsədi Allahın razılığını qazanmaqdır.
6. Cəmiyyətdə ilahi rəhbər varsa, düşmən bir iş görə bilməz. Azğınlar ilahi rəhbərin bir müddət olmamasından sui-istifadə edirlər.
7. Ümmətlər rəhbərdən uzaq düşdükdə onlar üçün sınaq və fitnə təhlükəsi var.
8. Xalqın dini inanclarının aradan götürülməsində azğın sənət adamı zalım hakimdən az rol oynamır.
9. Təzə iman gətirənlər üçün mürtədlik (dindən çıxma) təhlükəsi daha ciddidir.
10. Peyğəmbərin səhabəsi olmaq bəs deyil. Xoş aqibət və dini möhkəmlik zəruridir. (Allah Bəni-İsraili xilas etdi, onlara pak ruzi verdi. Amma yenə bədbəxt oldular.)

Tez-tez Verilən Suallar

Taha ‏ surəsi 85-ci ayə haqqında suallar və cavablar

Taha ‏ surəsinin 85-ci ayəsi nə haqqındadır?
Allah buyurdu: Biz səndən sonra sənin qövmünü sınadıq və Samiri onları (Mənə ibadətdən) azdırdı.
Taha ‏ surəsi 85-ci ayə hansı surədə yerləşir?
Taha ‏ surəsi Quran-ı Kərimin 20-ci surəsidir. Bu surə Məkkəvi surədir və 85-ci ayə Taha ‏ surəsinin tərkib hissəsidir.
Taha ‏ surəsi 85-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Taha ‏ surəsinin 85-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Taha ‏ surəsi 85-ci ayənin təfsiri nədir?
"(Allah) buyurdu: «Həqiqətən, Biz qövmünü səndən sonra sınağa çəkdik və Samiri onları azdırdı.»”Nöqtələrİmam Sadiq (ə) yuxarıdakı ayələrə əsasən aşiqin siması haqqında belə buyurur: "Aşiq insan məhbubuna yetənədək yemək, libas, məskən haqqında düşünmür, aramlıq tapmır. Necə ki, həzrət Musa vəhyə çatmaq eşqi ilə yuxu və yeməkdən qalmışdı. O dedi: "Pərvərdigara! Mən qövmümdən tez gəldim ki, sən razı qalasan.”(Təfsire-Məcməül-bəyan”.)Bildirişlər1. Peyğəmbər də öz əməllərinə görə cavabdehdir.2. Rəhb...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.