Taha ‏ surəsi · 82-ci ayə

Həqiqətən Mən (şirk və küfrdən) tövbə edən, iman gətirən və yaxşı işlər görən, sonra doğru yolda möhkəm dayanan (və ya insanlığın kamillik mərhələlərinə doğru istiqamətlənən) kəsi çox bağışlayanam. (Çünki İslamı qəbul edən kimi əvvəlki küfr, günahlar və digər ilahi haqların kəffarə və qəzaları yeni müsəlman olmuş şəxsin boynundan götürülür.)

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 82
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Şübhəsiz, Mən tövbə edib iman gətirən, saleh işlər görüb doğru yolu tutan hər kəsi bağışlayaram.”

Nöqtələr
Xəbərdarlıqla başa çatan ötən ayədən sonra bu ayədə müjdə verilir. Xəbərdarlıqla müjdənin yanaşı gətirilməsi bütün Quran boyu müşahidə olunur.
Günahların tövbəsi günaha münasib olmalıdır. Məsələn, namaz qılmayanın tövbəsi namazın qəzasını yerinə yetirmək, xalqa əziyyət verənin tövbəsi üzr istəmək, haqqı gizlədənin tövbəsi onu bəyan etmək, şirkə batanın tövbəsi iman gətirmək, xalqın malını qəsb edənin tövbəsi malı sahibinə qaytarmaqdır.
Bu ayədə tövbəkarların bağışlanmasından danışılsa da, digər ayədə oxuyuruq: "İman gətirdikdən sonra küfr edən və küfrünü artıran kəslərin tövbəsi heç vaxt qəbul olunmayacaq.”("Hud”, 47.)
İlahi peyğəmbərlər də Allahdan bağışlanma diləmişlər: Adəm (ə)("Şuəra”, 82.); Nuh (ə)("Əraf”, 151); İbrahim (ə)("Maidə”, 118.); Musa (ə)("Nəsr”, 4.); İsa (ə)("Kafi”, c. 8, s. 393. ); Məhəmməd (s).("Təfsire-Safi”. )
"İhtəda” rəvayətlərə əsasən Əhli-beytin (ə) vilayətinə işarədir(Təfsire-Məraği”. )
Bildirişlər
1. Allahın qəzəbinə gələnlər üçün də tövbə yolu açıqdır.
2. İnsanın haqqa doğru gerçək qayıdışının Allah tərəfindən bağışlanma və bir çox başqa təsirləri vardır.
3. Tövbə müəyyən şərtlərlə qəbul olunur: qayıdış, iman, saleh əməl, doğru yolun qəbulu.
4. Hidayətin, doğru yolun qəbulu olmayan yerdə hətta iman və saleh əməl də bəs etmir. (Bəli, iman və saleh əməl olsa, amma insan ilahi hidayətçilərin yolunu davam etdirməsə, samirilərin və bələmlərin ovuna çevrilər.)
5. Mömin olmaq mühümdür. Amma mömin qalmaq daha əhəmiyyətlidir.

Tez-tez Verilən Suallar

Taha ‏ surəsi 82-ci ayə haqqında suallar və cavablar

Taha ‏ surəsinin 82-ci ayəsi nə haqqındadır?
Həqiqətən Mən (şirk və küfrdən) tövbə edən, iman gətirən və yaxşı işlər görən, sonra doğru yolda möhkəm dayanan (və ya insanlığın kamillik mərhələlərinə doğru istiqamətlənən) kəsi çox bağışlayanam. (Çünki İslamı qəbul edən kimi əvvəlki küfr, günahlar və digər ilahi haqların kəffarə və qəzaları yeni müsəlman olmuş şəxsi...
Taha ‏ surəsi 82-ci ayə hansı surədə yerləşir?
Taha ‏ surəsi Quran-ı Kərimin 20-ci surəsidir. Bu surə Məkkəvi surədir və 82-ci ayə Taha ‏ surəsinin tərkib hissəsidir.
Taha ‏ surəsi 82-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Taha ‏ surəsinin 82-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Taha ‏ surəsi 82-ci ayənin təfsiri nədir?
"Şübhəsiz, Mən tövbə edib iman gətirən, saleh işlər görüb doğru yolu tutan hər kəsi bağışlayaram.”NöqtələrXəbərdarlıqla başa çatan ötən ayədən sonra bu ayədə müjdə verilir. Xəbərdarlıqla müjdənin yanaşı gətirilməsi bütün Quran boyu müşahidə olunur.Günahların tövbəsi günaha münasib olmalıdır. Məsələn, namaz qılmayanın tövbəsi namazın qəzasını yerinə yetirmək, xalqa əziyyət verənin tövbəsi üzr istəmək, haqqı gizlədənin tövbəsi onu bəyan etmək, şirkə batanın tövbəsi iman gətirmək, xalqın malını qəs...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.