Taha ‏ surəsi · 81-ci ayə

Sizə verdiyimiz pak (maddi və mənəvi) ruzilərdən bəhrələnin və həmin istifadədə (şəriət və ağılın buyurduğu) həddi aşmayın ki, (əgər aşsanız) sizə Mənim qəzəbim nazil olacaqdır. Mənim qəzəbim kimə nazil olubsa, o mütləq həlakət burulğanına düşmüşdür.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 81
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Sizə ruzi etdiyimiz pak şeylərdən yeyin, (amma) tüğyan qoparmayın, yoxsa qəhr-qəzəbim sizi bürüyər. Qəzəbimə düçar olan kəs, şübhəsiz, süqut etmişdir.”

Bildirişlər
1. Bir şeyin haramlığı məlum deyilsə, ondan istifadəni halal saymaq lazımdır. Halal şeyləri haram etmək qadağandır.
2. İlahi dinlər qidalanmada təmizlik məsələsinə diqqət yetirir.
3. Halallıq meyarlarından biri xoşagəlimlikdir. (Təbiətə uyğun, xoşagələn şey "təyyib” adlanır.)
4. Şəriətin qidalanma ilə bağlı hökmlərinə riayət etməmək tüğyan üçün zəmindir.
5. Zülmdən qurtulmuş ümmətlər üçün tüğyan təhlükəsi var.
6. Allahın halallarını haram yolda istifadə etməyək.
7. Ehtiyacdan artıq məsrəf ilahi hökmdən çıxmaqdır.
8. Allahın tüğyan qoparanlara qarşı qəzəbi ciddi xəbərdarlıqdır.
9. İstifadədə həddi aşıb tüğyan qoparmaq kəbirə günahlardandır. Çünki belə bir işə görə ilahi əzab vəd olunmuşdur.
10. Əsil süqut siyasi, iqtisadi uğursuzluq yox, Allahın qəzəbinə düçar olmaqdır.

Tez-tez Verilən Suallar

Taha ‏ surəsi 81-ci ayə haqqında suallar və cavablar

Taha ‏ surəsinin 81-ci ayəsi nə haqqındadır?
Sizə verdiyimiz pak (maddi və mənəvi) ruzilərdən bəhrələnin və həmin istifadədə (şəriət və ağılın buyurduğu) həddi aşmayın ki, (əgər aşsanız) sizə Mənim qəzəbim nazil olacaqdır. Mənim qəzəbim kimə nazil olubsa, o mütləq həlakət burulğanına düşmüşdür.
Taha ‏ surəsi 81-ci ayə hansı surədə yerləşir?
Taha ‏ surəsi Quran-ı Kərimin 20-ci surəsidir. Bu surə Məkkəvi surədir və 81-ci ayə Taha ‏ surəsinin tərkib hissəsidir.
Taha ‏ surəsi 81-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Taha ‏ surəsinin 81-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Taha ‏ surəsi 81-ci ayənin təfsiri nədir?
"Sizə ruzi etdiyimiz pak şeylərdən yeyin, (amma) tüğyan qoparmayın, yoxsa qəhr-qəzəbim sizi bürüyər. Qəzəbimə düçar olan kəs, şübhəsiz, süqut etmişdir.”Bildirişlər1. Bir şeyin haramlığı məlum deyilsə, ondan istifadəni halal saymaq lazımdır. Halal şeyləri haram etmək qadağandır.2. İlahi dinlər qidalanmada təmizlik məsələsinə diqqət yetirir.3. Halallıq meyarlarından biri xoşagəlimlikdir. (Təbiətə uyğun, xoşagələn şey "təyyib” adlanır.)4. Şəriətin qidalanma ilə bağlı hökmlərinə riayət etməmək tüğya...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.