Taha ‏ surəsi · 80-cu ayə

Ey İsrail övladları, doğrudan da sizi düşmənlərinizin çəngindən qurtardıq, sizinlə (Musanın vasitəsi ilə Tövratı nazil etmək və onun qəbulu ilə içindəkilərə əməl etmək üçün) Tur dağının sağ tərəfində vədələşdik və (o geniş səhrada avara-sərgərdan qaldığınız zaman) sizə «mənn» (bir növ ağac şirəsindən hazırlanmış yemək) və bildirçin nazil etdik.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 80
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Ey Bəni-İsrail! Həqiqətən, Biz sizi düşmənlərdən qurtardıq. Sizinlə Tur dağının sağında vədələşdik. Sizin üçün «mənn» və «səlva» (kimi qidalar) nazil etdik.”

Nöqtələr
Bəni-İsrailin Fironun sitəmindən xilas edilməsi və onlara "mənn” və "səlva” kimi qidalar verilməsi Quranda dəfələrlə yada salınmış mövzulardandır.
Zahirən "mənn” bal, "səlva” əti halal və dadlı quş növüdür.
Turun sağ tərəfində vədələşmə dedikdə, həzrət Musanın Bəni-İsraildən olan bir qrupla Tura getməsi və orada Tövrat lövhələrinin Musaya nazil olması nəzərdə tutulur.
Bildirişlər
1. İlahi nemətlərin yada salınması peyğəmbərlik vəzifələrindən biri, insanın inkişaf və təşəkkülü üçün zəmindir.
2. Azadlıq və əmin-amanlıq Allahın böyük nemətlərindəndir və digər nemətlərdən istifadə üçün zəmindir.
3. Zalım rejimin süqutundan və yeni hökumət təşkil olunduqdan sonra ilkin ehtiyac qanundur. (Allah Tövrat və ilahi qanun əta edəcəyini vəd vermişdir.)
4. Bütün lütflər Allah tərəfindəndir.
5. Mənəvi nemət maddi nemətdən öndə gəlir. Öncə Tövrat, sonra qidalar yada salınır.

Tez-tez Verilən Suallar

Taha ‏ surəsi 80-cu ayə haqqında suallar və cavablar

Taha ‏ surəsinin 80-cu ayəsi nə haqqındadır?
Ey İsrail övladları, doğrudan da sizi düşmənlərinizin çəngindən qurtardıq, sizinlə (Musanın vasitəsi ilə Tövratı nazil etmək və onun qəbulu ilə içindəkilərə əməl etmək üçün) Tur dağının sağ tərəfində vədələşdik və (o geniş səhrada avara-sərgərdan qaldığınız zaman) sizə «mənn» (bir növ ağac şirəsindən hazırlanmış yemək)...
Taha ‏ surəsi 80-cu ayə hansı surədə yerləşir?
Taha ‏ surəsi Quran-ı Kərimin 20-ci surəsidir. Bu surə Məkkəvi surədir və 80-cu ayə Taha ‏ surəsinin tərkib hissəsidir.
Taha ‏ surəsi 80-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Taha ‏ surəsinin 80-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Taha ‏ surəsi 80-cu ayənin təfsiri nədir?
"Ey Bəni-İsrail! Həqiqətən, Biz sizi düşmənlərdən qurtardıq. Sizinlə Tur dağının sağında vədələşdik. Sizin üçün «mənn» və «səlva» (kimi qidalar) nazil etdik.”NöqtələrBəni-İsrailin Fironun sitəmindən xilas edilməsi və onlara "mənn” və "səlva” kimi qidalar verilməsi Quranda dəfələrlə yada salınmış mövzulardandır.Zahirən "mənn” bal, "səlva” əti halal və dadlı quş növüdür.Turun sağ tərəfində vədələşmə dedikdə, həzrət Musanın Bəni-İsraildən olan bir qrupla Tura getməsi və orada Tövrat lövhələrinin Mu...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.