Taha ‏ surəsi · 8-ci ayə

Tək olan Allah (ki), Ondan başqa bir məbud yoxdur! Ən gözəl adlar Ona məxsusdur. (Onun vacibəl-vücud, qədim və əzəli kimi bəzi adları Ondan qeyrisinə şamil edilə bilməz. Həyy, alim və qadir kimi bəzi adları isə müəyyən qoşmalarla şamil edilə bilər.)

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 8
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Bir Allahdır ki, Ondan başqa məbud yoxdur. Ən gözəl adlar Ona məxsusdur.”

Nöqtələr
Bu bir neçə ayədə Allahın bariz sifətlərindən dördü bəyan olunmuşdur. Xaliqlik, hakimlik, maliklik, alimlik.
Allahın ərşə hakim olması digər surələrdə başqa ifadələrlə bəyan olunmuşdur. Bütün bunlar Onun varlıq aləmi üzərindəki mütləq hakimiyyətindən danışır. Məsələn, "filankəs taxta çıxdı” dedikdə, onun hakimiyyətə çatması başa düşülür.
Müxtəlif ayələrdə Allahın ərşə hakimliyi qeyd olunduqdan sonra, adətən, deyiləni təfsir edən cümlə gəlir. Məsələn: "O, ərşə hakimdir və gecə ilə gündüzü örtür.”("Hədid”, 4.); "Onun varlıq üzərində əhatəsi var və işləri idarə edir”("Səcdə”, 4.); "O, varlığa hakimdir və hər şeyi bilir”(Təfsire-nümunə”.); "O, ərşə hakimdir və Ondan başqa hami yoxdur.”(Təfsire-nümunə”.)
"Səra” sözü rütubətli torpaq mənasını bildirir. "Təhtəs-səra” dedikdə ölülər, xəzinələr və torpaq altda olan istənilən bir şey başa düşülür.
"Əsmaul-husna” dedikdə Allahın sifətləri, adları nəzərdə tutulur. Rəvayətlərə əsasən, "əsmaul-husna”ya 99 ad daxildir. Əgər duada Allah bu adlarla çağırılsa, böyük bərəkətlər və təsirlər gözlənilir. Allahın adları təkcə bu 99 addan ibarət deyil. Bir sıra dualarda, o cümlədən, "Cuşən kəbir” duasında Allahın minədək adı zikr olunur. Əlbəttə ki, bu adları vasitə seçmək yalnız onları dilə gətirmək deyil. İnsan özünü həmin adlara, sifətlərə yaxınlaşdırmalıdır.("Təfsire-Safi”. )
Rəvayətlərdə məsum imamların dilindən belə nəql olunur: "And olsun Allaha, biz Allahın gözəl adlarıyıq.”("Bəqərə”, 33.)
İmam Sadiq (ə) buyurur: "Sirr” dedikdə qəlbində gizlədiyin, "əxfa” dedikdə isə zehnindən ötüb keçmiş, amma unutduğun şey nəzərdə tutulur.”("Rəd”, 8.)Yəni "əxfa” təkcə başqalarının yox, həm də özünün xəbərsiz qaldığın həqiqətdir.
Allah hər şeydən agahdır. O, göylərin və yerin qeybini bilir.("Ğafir”, 19.) Allah bətndəkilərdən xəbərdardır.("Əhzab”, 51.) O, baxışlardakı mənalardan xəbərdardır.(Ənam”, 59.) Allah qəlbdən ötənləri bilir.("Təfsire-nurus-səqəleyn”.; "Kafi”, c. 1, s. 128. ) Ondan xəbərsiz ağacdan bir yarpaq belə düşə bilməz.("Təfsire-Məcməül-bəyan”. )
Bildirişlər
1. Allahın varlıq aləmi üzərindəki hakimiyyəti məcburiyyət yox, mərhəmətə əsaslanır.
2. Quranın nazil olması Allahın varlıq aləminə mərhəmət və iqtidar cilvəsidir.
3. Allah bütün varlıq aləminə eyni qaydada hakimdir.("Təfsire-Məcməül-bəyan”. )
4. Allah varlıq aləminin həm yaradıcısı, həm mühafizi, həm də hakimidir.
5. Allah bütün görünən və görünməyənlərdən xəbərdardır və onlar üzərində mütləq hökm sahibidir.
6. Çirkin işlərin qarşısının alınmasının bir yolu da Allahın gizlin və aşkardan xəbərdar olduğunu xalqın unutmamasıdır.
7. Yaxşı ad istər sözdə, istər məna baxımından bir dəyərdir. Allah həm özü gözəldir, həm ən gözəl adları daşıyır.

Tez-tez Verilən Suallar

Taha ‏ surəsi 8-ci ayə haqqında suallar və cavablar

Taha ‏ surəsinin 8-ci ayəsi nə haqqındadır?
Tək olan Allah (ki), Ondan başqa bir məbud yoxdur! Ən gözəl adlar Ona məxsusdur. (Onun vacibəl-vücud, qədim və əzəli kimi bəzi adları Ondan qeyrisinə şamil edilə bilməz. Həyy, alim və qadir kimi bəzi adları isə müəyyən qoşmalarla şamil edilə bilər.)
Taha ‏ surəsi 8-ci ayə hansı surədə yerləşir?
Taha ‏ surəsi Quran-ı Kərimin 20-ci surəsidir. Bu surə Məkkəvi surədir və 8-ci ayə Taha ‏ surəsinin tərkib hissəsidir.
Taha ‏ surəsi 8-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Taha ‏ surəsinin 8-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Taha ‏ surəsi 8-ci ayənin təfsiri nədir?
"Bir Allahdır ki, Ondan başqa məbud yoxdur. Ən gözəl adlar Ona məxsusdur.”NöqtələrBu bir neçə ayədə Allahın bariz sifətlərindən dördü bəyan olunmuşdur. Xaliqlik, hakimlik, maliklik, alimlik.Allahın ərşə hakim olması digər surələrdə başqa ifadələrlə bəyan olunmuşdur. Bütün bunlar Onun varlıq aləmi üzərindəki mütləq hakimiyyətindən danışır. Məsələn, "filankəs taxta çıxdı” dedikdə, onun hakimiyyətə çatması başa düşülür.Müxtəlif ayələrdə Allahın ərşə hakimliyi qeyd olunduqdan sonra, adətən, deyiləni...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.