Taha ‏ surəsi · 79-cu ayə

Firon öz qövmünü azdırdı və (heç bir) haqq yola yönəltmədi.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 79
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Firon öz qövmünü azdırdı və doğru yola aparmadı.”

Nöqtələr
Sehrbazlar və Misir camaatı Musaya iman gətirdiyi vaxt Fironun hədələrindən çəkinmədi. Beləcə, ilahi yardım yolu açıldı. Musaya xitab olundu ki, camaatı gecə vaxtı Misirdən yola çıxarsın, onlar üçün dəryadan yol açılıb və Fironun şərindən qorunublar.(Əraf”, 23. )
"İsra” sözü gecə vaxtı hərəkət mənasını bildirir. Öncə suyu olmuş, sonradan qurumuş yer "yəbəs” adlanır. "Dərək” dedikdə insanı yaxalamış zərər, "ibadi” dedikdə Bəni-İsrail nəzərdə tutulur.
Bildirişlər
1. Peyğəmbərlərin hərəkəti və mübarizə üsulu ilahi vəhyə əsaslanır.
2. Qürbətdə izzət vətəndə zillətdən üstündür.
3. Əgər çirkin mühiti dəyişə bilmiriksə, heç olmasa həmin mühitdən uzaqlaşaq.
4. Peyğəmbərlərin göndərilməsində məqsədlərdən biri insanları zalım hakimlərin şərindən qurtarmaqdır.
5. Zalıma qarşı ilk addım onun ətrafını boşaltmaqdır.
6. Allah məhrumların yardımçısıdır.
7. Xalqın hidayət və idarəçiliyi ilahi rəhbərlərin vəzifəsidir.
8. Musanın möcüzəsi cəmiyyəti elə silkələdi ki, Firon özü onları təqib etməyə məcbur oldu.
9. Dərya da təbiətin bir hissəsi olaraq Allahın qəhrinə və ya mehrinə tabedir.
10. Cəmiyyət rəhbərlərinin və hakimlərin xalqın hansı yolu tutmasında mühüm rolu var.
11. Azğın şüarları cavabsız qoymayaq. Firon öz əməl və rəftarlarına görə lazımınca cavab aldı. O nəinki xalqı doğru yola çəkmədi, əksinə azğınlığa sürüklədi.

Tez-tez Verilən Suallar

Taha ‏ surəsi 79-cu ayə haqqında suallar və cavablar

Taha ‏ surəsinin 79-cu ayəsi nə haqqındadır?
Firon öz qövmünü azdırdı və (heç bir) haqq yola yönəltmədi.
Taha ‏ surəsi 79-cu ayə hansı surədə yerləşir?
Taha ‏ surəsi Quran-ı Kərimin 20-ci surəsidir. Bu surə Məkkəvi surədir və 79-cu ayə Taha ‏ surəsinin tərkib hissəsidir.
Taha ‏ surəsi 79-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Taha ‏ surəsinin 79-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Taha ‏ surəsi 79-cu ayənin təfsiri nədir?
"Firon öz qövmünü azdırdı və doğru yola aparmadı.”NöqtələrSehrbazlar və Misir camaatı Musaya iman gətirdiyi vaxt Fironun hədələrindən çəkinmədi. Beləcə, ilahi yardım yolu açıldı. Musaya xitab olundu ki, camaatı gecə vaxtı Misirdən yola çıxarsın, onlar üçün dəryadan yol açılıb və Fironun şərindən qorunublar.(Əraf”, 23. )"İsra” sözü gecə vaxtı hərəkət mənasını bildirir. Öncə suyu olmuş, sonradan qurumuş yer "yəbəs” adlanır. "Dərək” dedikdə insanı yaxalamış zərər, "ibadi” dedikdə Bəni-İsrail nəzərd...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.