Taha ‏ surəsi · 76-cı ayə

(Bina və ağaclarının) altından çaylar axan əbədi Cənnətlər! Onlar orada əbədi qalacaqlar. Özünü (bütün çirkinliklərdən) təmizləyən və (ruhu, ilahi dinin maarifində) inkişaf edib boy atan kəslərin mükafatı budur!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 76
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Altından çaylar axan əbədi bağlar! Onlar həmişə orada qalacaqlar. Bu, özünü paklayanların mükafatıdır.”

Nöqtələr
Sehrbazlar iman gətirdikdən sonra Firona dedilər: "Sənin işgəncələrin, qətl hökmün bu bir neçə günlük dünyaya aiddir. Allahın qəhr-qəzəbi və ya lütfü isə daimidir. Cəhənnəmə düşən hər bir kəs orada əbədi qalasıdır. Behişt əhli də behiştdə əbədidir.
Möminin yeri behiştdir. Behiştdəki dərəcə isə insanın nə həddə paklanmasından asılıdır. İnsan çalışmalı, bütün yönümlərdə özünü çirkinliklərdən təmizləməlidir. Ruhu azğın əqidələrdən, əxlaqı çirkin adətlərdən, cismi bulaşıqlıqlardan, əməl və rəftarları çirkin işlərdən paklamaq mühümdür.
Bildirişlər
1. Tövbə etməyən şəxs qiyamət səhnəsinə günahkar kimi gətirilər. (Sehrbazlar dedilər: "Biz iman gətirdik ki, Allah bizim tövbələrimizi qəbul edib bağışlasın.” Sonra əlavə etdilər ki, Allahın hüzuruna günahkar gələn kəs cəhənnəmə düşəsidir.)
2. Günahdan da pisi günahkar halda ölməkdir.
3. İnsan öz imanını ömrünün son anınadək qorumalıdır.
4. İnsan əqidə seçimində azad buraxılıb.
5. İman saleh əməldən ayrı deyil.
6. Həqiqi mömin hər bir saleh iş üçün amildir.
7. Behiştin silsilə mərhələləri var.
8. Paklanma behiştin açarıdır.
9. Mömin özünütərbiyə və paklanma əhlidir.

Tez-tez Verilən Suallar

Taha ‏ surəsi 76-cı ayə haqqında suallar və cavablar

Taha ‏ surəsinin 76-cı ayəsi nə haqqındadır?
(Bina və ağaclarının) altından çaylar axan əbədi Cənnətlər! Onlar orada əbədi qalacaqlar. Özünü (bütün çirkinliklərdən) təmizləyən və (ruhu, ilahi dinin maarifində) inkişaf edib boy atan kəslərin mükafatı budur!
Taha ‏ surəsi 76-cı ayə hansı surədə yerləşir?
Taha ‏ surəsi Quran-ı Kərimin 20-ci surəsidir. Bu surə Məkkəvi surədir və 76-cı ayə Taha ‏ surəsinin tərkib hissəsidir.
Taha ‏ surəsi 76-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Taha ‏ surəsinin 76-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Taha ‏ surəsi 76-cı ayənin təfsiri nədir?
"Altından çaylar axan əbədi bağlar! Onlar həmişə orada qalacaqlar. Bu, özünü paklayanların mükafatıdır.”NöqtələrSehrbazlar iman gətirdikdən sonra Firona dedilər: "Sənin işgəncələrin, qətl hökmün bu bir neçə günlük dünyaya aiddir. Allahın qəhr-qəzəbi və ya lütfü isə daimidir. Cəhənnəmə düşən hər bir kəs orada əbədi qalasıdır. Behişt əhli də behiştdə əbədidir.Möminin yeri behiştdir. Behiştdəki dərəcə isə insanın nə həddə paklanmasından asılıdır. İnsan çalışmalı, bütün yönümlərdə özünü çirkinliklər...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.