Taha ‏ surəsi · 71-ci ayə

Firon dedi: Mən sizə icazə verməmiş ona iman gətirdiniz?! Şübhəsiz, o, sizə sehr öyrətmiş böyüyünüz və başçınızdır. Buna görə də sizin əl və ayaqlarınızı çarpaz kəsəcək və sizi xurma ağacının gövdələrindən asacağam. Və (onda) bizlərdən hansı birimizin (mənim yoxsa Musanın Allahının) əzabının ağır və davamlı olmasını başa düşəcəksiniz.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 71
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"(Firon bütün planlarının boşa çıxdığını görüb sehrbazlara) dedi: «Mən sizə icazə verməmiş ona iman gətirdiniz? Şübhəsiz, o sizin başçınızdır, sizə sehr öyrədib. Əl-ayaqlarınızı çarpaz kəsəcək, sizi xurma ağacının budaqlarından asacağam. Tezliklə kimin işgəncəsinin daha ağır olduğunu biləcəksiniz.»”

Nöqtələr
61-ci ayədə Musa fironçuları əzabla qorxutdu. Bu ayədə isə Firon deyir: "Tezliklə kimin əzabının daha ağır olduğunu görəcəksiniz.”
Bildirişlər
1. Allah istəsə, pisdən də xeyir gəlir. Firon həqiqəti aradan götürmək üçün bütün mütəxəssisləri bir yerə topladı. Amma oraya cəm olanların hamısı Musanın vasitəsi ilə hidayət oldu.
2. Zalım quruluşda çıxıntı hakimdir, xalq hətta əqidə azadlığından məhrumdur.
3. Hədə-qorxu və böhtan zalım hakimlərin qaydasıdır.
4. Peyğəmbərlər insanların ruhu üzərində işləyir. Zalım hakimlər isə insanların cisminə zərbə vurmaqla intiqam alır. Onlar anlamırlar ki, işgəncə və qətl yolu ilə xalqın etiqadını dəyişmək olmaz.
5. Təkəbbürlü zalımlar özlərini əbədi bilirlər.

Tez-tez Verilən Suallar

Taha ‏ surəsi 71-ci ayə haqqında suallar və cavablar

Taha ‏ surəsinin 71-ci ayəsi nə haqqındadır?
Firon dedi: Mən sizə icazə verməmiş ona iman gətirdiniz?! Şübhəsiz, o, sizə sehr öyrətmiş böyüyünüz və başçınızdır. Buna görə də sizin əl və ayaqlarınızı çarpaz kəsəcək və sizi xurma ağacının gövdələrindən asacağam. Və (onda) bizlərdən hansı birimizin (mənim yoxsa Musanın Allahının) əzabının ağır və davamlı olmasını ba...
Taha ‏ surəsi 71-ci ayə hansı surədə yerləşir?
Taha ‏ surəsi Quran-ı Kərimin 20-ci surəsidir. Bu surə Məkkəvi surədir və 71-ci ayə Taha ‏ surəsinin tərkib hissəsidir.
Taha ‏ surəsi 71-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Taha ‏ surəsinin 71-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Taha ‏ surəsi 71-ci ayənin təfsiri nədir?
"(Firon bütün planlarının boşa çıxdığını görüb sehrbazlara) dedi: «Mən sizə icazə verməmiş ona iman gətirdiniz? Şübhəsiz, o sizin başçınızdır, sizə sehr öyrədib. Əl-ayaqlarınızı çarpaz kəsəcək, sizi xurma ağacının budaqlarından asacağam. Tezliklə kimin işgəncəsinin daha ağır olduğunu biləcəksiniz.»”Nöqtələr61-ci ayədə Musa fironçuları əzabla qorxutdu. Bu ayədə isə Firon deyir: "Tezliklə kimin əzabının daha ağır olduğunu görəcəksiniz.”Bildirişlər1. Allah istəsə, pisdən də xeyir gəlir. Firon həqiq...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.