Taha ‏ surəsi · 67-ci ayə

Belə olan halda Musa (insan təbiətinə görə və ya camaatın onlara inanmaları cəhətindən) qəlbində bir qorxu hiss etdi.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 67
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Musa qorxduğunu hiss etdi. (Məbada, xalq bu sehrə aldana!)”

Nöqtələr
"Həbl” sözünün cəm forması olan "hibal” sözü kəndir mənasını bildirir. "İsiyy” sözü isə əsa sözünün cəm formasıdır.
"Əvcəs” dedikdə gizli səs mənası anlaşılır.
Həzrət Əli (ə) "Nəhcül-bəlağə”nin 6-cı xütbəsində "fəəvcəsə fi nəfsihi” təbiri ilə bağlı buyurur: "Musa qorxurdu ki, sehr cahil xalqa təsir etsin.”
Bildirişlər
1. Azad buraxmaq haqlılıq nişanəsi deyil. (Fironun tərəfdarları və sehrbazlar Musanı iki yoldan birini seçməkdə azad buraxdılar.)
2. Müxaliflərə əməli azadlıq icazəsi verək, sonra möhkəm və məntiqi cavabla onları rədd edək.
3. Cavab vermək və nöqsanı aradan qaldırmaq üçün şübhə təlqininə icazə var.
4. Sehr əşyanın mahiyyətini dəyişmir. Sehr nəticəsində sadəcə görüntülər dolaşır və insanın idrakına təsir göstərir.
5. Rəhbərlər öz nigarançılıqlarını düşmənə hiss etdirməməlidir.
6. Peyğəmbər də digər insanlar kimi fərqli ruhiyyələrdə olur.

Tez-tez Verilən Suallar

Taha ‏ surəsi 67-ci ayə haqqında suallar və cavablar

Taha ‏ surəsinin 67-ci ayəsi nə haqqındadır?
Belə olan halda Musa (insan təbiətinə görə və ya camaatın onlara inanmaları cəhətindən) qəlbində bir qorxu hiss etdi.
Taha ‏ surəsi 67-ci ayə hansı surədə yerləşir?
Taha ‏ surəsi Quran-ı Kərimin 20-ci surəsidir. Bu surə Məkkəvi surədir və 67-ci ayə Taha ‏ surəsinin tərkib hissəsidir.
Taha ‏ surəsi 67-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Taha ‏ surəsinin 67-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Taha ‏ surəsi 67-ci ayənin təfsiri nədir?
"Musa qorxduğunu hiss etdi. (Məbada, xalq bu sehrə aldana!)”Nöqtələr"Həbl” sözünün cəm forması olan "hibal” sözü kəndir mənasını bildirir. "İsiyy” sözü isə əsa sözünün cəm formasıdır."Əvcəs” dedikdə gizli səs mənası anlaşılır.Həzrət Əli (ə) "Nəhcül-bəlağə”nin 6-cı xütbəsində "fəəvcəsə fi nəfsihi” təbiri ilə bağlı buyurur: "Musa qorxurdu ki, sehr cahil xalqa təsir etsin.”Bildirişlər1. Azad buraxmaq haqlılıq nişanəsi deyil. (Fironun tərəfdarları və sehrbazlar Musanı iki yoldan birini seçməkdə azad...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.