Taha ‏ surəsi · 60-cu ayə

Beləliklə Firon üz döndərdi (məclisi tərk etdi) və öz hiyləsini (cadularını, hiyləgərlik alətlərini və hiylə əhli olan cadugərləri) topladı, sonra (təyin edilmiş gündə meydana) gəldi.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 60
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Firon döndü (məclisi tərk etdi). Bütün məkr və hiyləsini toplayıb yenidən gəldi.”

Nöqtələr
Həzrət Musanın ən yaxşı işlərindən biri bu oldu ki, milli bayram gününü məqsədli və ilahi bir günə çevirdi. Həmin gün bütün sehrbazlar Musanın möcüzəsini görüb əqidələrini dəyişdilər.

Bildirişlər
1. Təhqir, böhtan, mühüm hadisələri adi göstərmək zalım hakimlərin qaydasıdır.
2. Bəzən insan daxilən puçluq hiss etsə də, özünü qüdrətli və qətiyyətli göstərir.
3. Düşmənə də vəd verdikdə ona vəfa qılın.
4. Ədalət və insaf düşmənə münasibətdə də yaxşı sayılır. (Hamı üçün eyni uzaqlıqda olan məkan seçildi və kimsəyə imtiyaz verilmədi.)
5. Asudə vaxtlardan səmərəli istifadə edin.
6.Əgər doğru yola çağırış gözəl şəkildə, xalqın ürəyincə olsa daha çox təsir göstərər.
7. Bayram günü məsələsi tarixi keçmişə malikdir.
8. Məntiqi və azad söhbətlər xalqın gözü qarşısında aparılmalıdır.
9. Təbliğdə zaman və məkan ünsürlərini yaddan çıxarmayaq. (Xalqın asudəliyi, yaxında olması, havanın işıqlığı və lətafəti kimi səciyyələr Musanın təbliğatında bir yerə cəmlənmişdi.)
10. Haqq düşmənləri ilkin fürsətdə haqqa qarşı fitnə-fəsad yaratmağa çalışırlar.

Tez-tez Verilən Suallar

Taha ‏ surəsi 60-cu ayə haqqında suallar və cavablar

Taha ‏ surəsinin 60-cu ayəsi nə haqqındadır?
Beləliklə Firon üz döndərdi (məclisi tərk etdi) və öz hiyləsini (cadularını, hiyləgərlik alətlərini və hiylə əhli olan cadugərləri) topladı, sonra (təyin edilmiş gündə meydana) gəldi.
Taha ‏ surəsi 60-cu ayə hansı surədə yerləşir?
Taha ‏ surəsi Quran-ı Kərimin 20-ci surəsidir. Bu surə Məkkəvi surədir və 60-cu ayə Taha ‏ surəsinin tərkib hissəsidir.
Taha ‏ surəsi 60-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Taha ‏ surəsinin 60-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Taha ‏ surəsi 60-cu ayənin təfsiri nədir?
"Firon döndü (məclisi tərk etdi). Bütün məkr və hiyləsini toplayıb yenidən gəldi.”NöqtələrHəzrət Musanın ən yaxşı işlərindən biri bu oldu ki, milli bayram gününü məqsədli və ilahi bir günə çevirdi. Həmin gün bütün sehrbazlar Musanın möcüzəsini görüb əqidələrini dəyişdilər.Bildirişlər1. Təhqir, böhtan, mühüm hadisələri adi göstərmək zalım hakimlərin qaydasıdır.2. Bəzən insan daxilən puçluq hiss etsə də, özünü qüdrətli və qətiyyətli göstərir.3. Düşmənə də vəd verdikdə ona vəfa qılın.4. Ədalət və i...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.