Taha ‏ surəsi · 55-ci ayə

Sizi ondan (torpaqdan) yaratdıq (ulu baba və nənənizi möcüzəvi şəkildə vasitəsiz və birbaşa, nəslinizin digər davamçılarını isə vasitə ilə və tədricən torpaqdan yaratdıq), (öləndən sonra) ona qaytaracaq və bir daha (Qiyamətdə) ondan çıxaracağıq.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 55
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Biz sizi ondan (torpaqdan) yaratdıq, ona qaytarar və növbəti dəfə ondan xaric edərik.”

Nöqtələr
"Nuhyə” sözünün cəm forması olan "nuha” sözü "nəhy” kökündən olub, saxlamaq mənasını bildirir. "Ulin-nuha” dedikdə ağıl və düşüncə sahibləri mənası nəzərdə tutulur. Bu səbəbdən də insanı azğın istəklərdən çəkindirən ağıl "nuhyə” adlandırılmışdır.(Bihar”, c. 85, s. 132)
Əziz Peyğəmbərdən (s) "ulin-nuha” təbiri haqqında soruşulduqda həzrət buyurdu: ”Onlar gözəl əxlaq sahibidirlər, ata-analarına yaxşılıq edirlər, fəqirlərə, ehtiyaclı qonşulara, yetimlərə yardım əli uzadırlar, aclara qida verirlər, yer üzündə sülh və asayişi möhkəmləndirirlər, başqaları yuxuda olan vaxt namaz qılırlar.”("Nəhcül-bəlağə”, s. 58.)
Həzrət Əli (ə) namazın səcdələrini bu ayəyə işarə sayaraq buyurur: "Birinci səcdənin mənası budur ki, Pərvərdigara, mən öncə torpaq idim. Başı səcdədən qaldırmaqla bildirilir ki, məni torpaqdan Sən yaratdın. İkinci səcdənin mənası budur ki, Sən məni torpağa qaytararsan. İkinci səcdədən qalxma isə belə mənalandırıla bilər: Sən qiyamət günü məni növbəti dəfə torpaqdan dirildərsən.”("Əla”, 14)
Bildirişlər
1. Nəbatat aləmi də məqsədli yaradılmışdır.
2. Nəbatat aləminin rəngarəngliyi ehtiyacların müxtəlifliyi ilə əlaqədardır.
3. Dördayaqlılar (mal-qara) insan üçün yaradılmışdır.
4. Maddiyyat sizi Allah zikrindən uzaq salmasın.
5. İnsanın yaranış qaynağı və maddəsi torpaqdandır.
6. Təbiət haqqında düşüncə allahşünaslıq yollarından biridir.
7. Ağılın varlığından daha mühüm olan, ondan istifadə və ona itaətdir.
8. İnsan torpaqda dəfn olunmalıdır.
9. Məad cismanidir.

Tez-tez Verilən Suallar

Taha ‏ surəsi 55-ci ayə haqqında suallar və cavablar

Taha ‏ surəsinin 55-ci ayəsi nə haqqındadır?
Sizi ondan (torpaqdan) yaratdıq (ulu baba və nənənizi möcüzəvi şəkildə vasitəsiz və birbaşa, nəslinizin digər davamçılarını isə vasitə ilə və tədricən torpaqdan yaratdıq), (öləndən sonra) ona qaytaracaq və bir daha (Qiyamətdə) ondan çıxaracağıq.
Taha ‏ surəsi 55-ci ayə hansı surədə yerləşir?
Taha ‏ surəsi Quran-ı Kərimin 20-ci surəsidir. Bu surə Məkkəvi surədir və 55-ci ayə Taha ‏ surəsinin tərkib hissəsidir.
Taha ‏ surəsi 55-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Taha ‏ surəsinin 55-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Taha ‏ surəsi 55-ci ayənin təfsiri nədir?
"Biz sizi ondan (torpaqdan) yaratdıq, ona qaytarar və növbəti dəfə ondan xaric edərik.”Nöqtələr"Nuhyə” sözünün cəm forması olan "nuha” sözü "nəhy” kökündən olub, saxlamaq mənasını bildirir. "Ulin-nuha” dedikdə ağıl və düşüncə sahibləri mənası nəzərdə tutulur. Bu səbəbdən də insanı azğın istəklərdən çəkindirən ağıl "nuhyə” adlandırılmışdır.(Bihar”, c. 85, s. 132)Əziz Peyğəmbərdən (s) "ulin-nuha” təbiri haqqında soruşulduqda həzrət buyurdu: ”Onlar gözəl əxlaq sahibidirlər, ata-analarına yaxşılıq e...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.