Taha ‏ surəsi · 53-cü ayə

Həmin O (Allah) ki, yeri sizin üçün döşəyərək beşik edib, onda sizin üçün yollar açıb və göydən (yağış, qar və dolu şəklində) su nazil edib. Biz onun vasitəsi ilə (torpağın altından) müxtəlif növlü rəngbərəng bitkilər çıxartdıq.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 53
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Elə bir Allah ki, yer üzünü sizin üçün asayiş məkanı qərar vermiş, onda sizin üçün yollar müəyyənləşdirmiş, səmadan su endirmişdir. Onun (suyun) vasitəsi ilə bitkilərdən müxtəlif zövclər cücərtmişdir.”

Nöqtələr
"Sizin üçün yollar müəyyənləşdirmişdir” cümləsi iki cür mənalandırıla bilər: İnsanların gediş-gəlişi üçün salınmış yollar; qazanc yolları.(Təfsire-Əl-mizan”. )
Həzrət Musa öz Allahını Firona belə tanıtdırdı: "Bizim rəbbimiz hər şeyi yaradıb hidayət etmiş şəxsdir...” Bu ayələrdə Allahın təbiətdəki hidayət nümunələrinə işarə olunur: İnsanların asayiş beşiyi olan yer, məntəqələri bir-biri ilə əlaqələndirən yollar, yağış, zövciyyət (cütlük) qanununa tabe olan müxtəlif bitkilər.
İlahi nemətləri daha yaxşı qiymətləndirmək üçün onların əks vəziyyətini təsəvvür edək. Məsələn, əgər yer aram dayanmasaydı, iti hərəkət etsəydi, yağış yağmasaydı, yer cəzb etməsəydi, yer üzündə bitkilər və su hövzələri olmasaydı nə olardı?! Yer üzünü "aramlıq beşiyi” saymaq olardımı?!
Bildirişlər
1. Körpə beşikdə növbəti həyat mərhələsi üçün inkişaf etdiyi kimi, insan da yer beşiyində axirət həyatı üçün inkişaf edir.("Təfsire-Əl-mizan”.)
2. Yer üzü insan üçün asayiş mənzilidir. Burada onun bütün ehtiyacları ödənir, ölü və diri insanlar yerləşdirilir, Allahın əmri ilə yer insana ram olur.
3. Yaranış və yer üzündəki şərait məqsədlidir və insan üçün nəzərdə tutulmuşdur.
4. Yaranış nizamı səbəbiyyət, səbəb-nəticə prinsipləri üzərində qurulmuşdur.
5. Bitkilər arasında zövciyyət qanununun açıqlanması Quranın elmi möcüzələrindəndir.("Təfsire-nurus-səqəleyn”. )

Tez-tez Verilən Suallar

Taha ‏ surəsi 53-cü ayə haqqında suallar və cavablar

Taha ‏ surəsinin 53-cü ayəsi nə haqqındadır?
Həmin O (Allah) ki, yeri sizin üçün döşəyərək beşik edib, onda sizin üçün yollar açıb və göydən (yağış, qar və dolu şəklində) su nazil edib. Biz onun vasitəsi ilə (torpağın altından) müxtəlif növlü rəngbərəng bitkilər çıxartdıq.
Taha ‏ surəsi 53-cü ayə hansı surədə yerləşir?
Taha ‏ surəsi Quran-ı Kərimin 20-ci surəsidir. Bu surə Məkkəvi surədir və 53-cü ayə Taha ‏ surəsinin tərkib hissəsidir.
Taha ‏ surəsi 53-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Taha ‏ surəsinin 53-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Taha ‏ surəsi 53-cü ayənin təfsiri nədir?
"Elə bir Allah ki, yer üzünü sizin üçün asayiş məkanı qərar vermiş, onda sizin üçün yollar müəyyənləşdirmiş, səmadan su endirmişdir. Onun (suyun) vasitəsi ilə bitkilərdən müxtəlif zövclər cücərtmişdir.”Nöqtələr"Sizin üçün yollar müəyyənləşdirmişdir” cümləsi iki cür mənalandırıla bilər: İnsanların gediş-gəlişi üçün salınmış yollar; qazanc yolları.(Təfsire-Əl-mizan”. )Həzrət Musa öz Allahını Firona belə tanıtdırdı: "Bizim rəbbimiz hər şeyi yaradıb hidayət etmiş şəxsdir...” Bu ayələrdə Allahın təbi...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.