Taha ‏ surəsi · 52-ci ayə

(Musa) dedi: Onların (vəziyyətlərinin necə olması) elmi mənim Rəbbimin yanında (Lövhi-Məhfuz adlı) bir kitabdadır. Mənim Rəbbim nə səhv edir və nə də unudur.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 52
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"(Musa) dedi: «Onun (ötən nəsillərin halının) elmi Rəbbimin yanında bir kitabdadır. Rəbbim nə itirər, nə də unudar.»”

Nöqtələr
Firon ötən qövmlərin və ölülərin halı haqqında soruşduqda Musa ətraflı cavab verə biləcəyi halda xalqın ata-babalara həssaslığını nəzərə alaraq, uyğun cavabla kifayətləndi və bildirdi ki, uyğun biliklər Allaha aiddir. Belə bir cavabla həm mülayim danışıq qaydasına əməl etdi, həm də bəhanə və irad üçün onların əlinə əsas vermədi.
Bildirişlər
1. Peyğəmbərlər nəyi bilmirdilərsə və ya açıqlamaq istəmirdilərsə, həmin biliyi Allaha aid edirdilər.
2. Tərbiyəçi danışıqda siyasətçi olmalı, bəzən ətraflı cavab verib, bəzən susmaqla düşmənin əlinə bəhanə verməməlidir.
3. İlahi nizamda hər bir şeyin hesab-kitabı var.
4. İlahi kitab çox əzəmətli və böyükdür.
5. İlahi elmdə xətaya yol yoxdur. (Xəta həqiqəti bilməyənlərə aiddir. Hər şeyin batini və zahirindən olduğu kimi xəbərdar olan Allah tərəfindən hansısa xəta ehtimalı mövcud deyil.)
6. İnsanın biliyinin iki bəlası var: ya öncədən yanlışlığa yol verib həqiqəti düzgün müəyyənləşdirmir, ya da öyrəndikdən sonra unudur. Allahın elmi isə bu iki bəladan amandadır.
7. Yanlışlıq və unutqanlıqdan uzaq olan bir varlığın rübubiyyət haqqı var.

Tez-tez Verilən Suallar

Taha ‏ surəsi 52-ci ayə haqqında suallar və cavablar

Taha ‏ surəsinin 52-ci ayəsi nə haqqındadır?
(Musa) dedi: Onların (vəziyyətlərinin necə olması) elmi mənim Rəbbimin yanında (Lövhi-Məhfuz adlı) bir kitabdadır. Mənim Rəbbim nə səhv edir və nə də unudur.
Taha ‏ surəsi 52-ci ayə hansı surədə yerləşir?
Taha ‏ surəsi Quran-ı Kərimin 20-ci surəsidir. Bu surə Məkkəvi surədir və 52-ci ayə Taha ‏ surəsinin tərkib hissəsidir.
Taha ‏ surəsi 52-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Taha ‏ surəsinin 52-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Taha ‏ surəsi 52-ci ayənin təfsiri nədir?
"(Musa) dedi: «Onun (ötən nəsillərin halının) elmi Rəbbimin yanında bir kitabdadır. Rəbbim nə itirər, nə də unudar.»”NöqtələrFiron ötən qövmlərin və ölülərin halı haqqında soruşduqda Musa ətraflı cavab verə biləcəyi halda xalqın ata-babalara həssaslığını nəzərə alaraq, uyğun cavabla kifayətləndi və bildirdi ki, uyğun biliklər Allaha aiddir. Belə bir cavabla həm mülayim danışıq qaydasına əməl etdi, həm də bəhanə və irad üçün onların əlinə əsas vermədi.Bildirişlər1. Peyğəmbərlər nəyi bilmirdilərsə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.