Taha ‏ surəsi · 51-ci ayə

(Firon) dedi: Belə isə (Allahı inkar və peyğəmbərləri təkzib etmiş) keçmiş ümmətlərin vəziyyəti necə olacaqdır?

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 51
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"(Firon) dedi: «Bəs ötən nəsillərin halı necədir?»”

Nöqtələr
"Bal” fikir mənasını bildirsə də, hal mənasında da işlədilir.
Firon üçün xaliqlik yox, Rəbblik mühüm görünürdü. O, xaliqlik iddiasında deyildi və özünün də məbudu vardı.("Taha”, 50.)Kafirlər də Allahı xaliq olaraq qəbul edirlər.("Şuəra”, 78) Fironun iddiası Rəbblik, başqa sözlə rəhbərlik, mütləq hakimiyyət idi. Bu səbəbdən də Musa ona cavab olaraq buyurdu: ”Varlıq aləminin xaliqi, Rəbbi və hakimi birdir.
Bütün peyğəmbərlər insanları tövhidə çağırmış, yalnız ilahi yolu kamillik yolu saymışlar. Həzrət İbrahim buyurur: "Məni yaradan Allah məni hidayət etdi.”("Əla”, 2, 3.) Həzrət Musa buyurdu: "O, hər şeyə yaranış verdi və hidayət etdi.”("Təfsire-rahnüma”. )Həzrət Məhəmməd (s) isə belə buyurmuşdur: "Xəlq edib nizama salan, müəyyən edib yol göstərən Allah.”(Təfsire-Əl-mizan”. )
Hərəkət və qiyama rəhbərlik Musaya aid idi. Musa Fironun hüzuruna Harunla getsə də, rəhbər olduğundan Firon "ya Musa” deyə müraciət edir.
Bildirişlər
1. Mübahisə doğuran məsələ Allahın xaliqliyi yox, Rəbbliyi, rübubiyyəti, idarəçiliyidir.
2. Zalım güclərin ruhiyyəsi onların danışıq və sorğu-sualından da hiss olunur.
3. Allahın bizə verəcəyi yoxdur, nə verirsə hədiyyədir.
4. Bir olan Allah həm yaradır, həm də təkvini (təbii) hidayətlə idarə edir. (Bəli, O yaratdıqdan sonra həyat və kamilləşmə üçün yol qoyur.)
5. Allah hər bir mövcuda kamil yaranış, münasib xüsusiyyətlər əta etmişdir.
6. Allahın doğru yola yönəltməsi Onun Rəbblik, rübubiyyət şərtidir.
7. Rəbblik, idarəçilik yalnız Yaradanın haqqıdır.
8. Bütün mövcudlar ilahi hidayətdən bəhrələnir. Varlıq aləminə hakim olan bütün qanunlar və insandakı meyllər ilahi hidayətdəndir.
9. Məntiqlə üzbəüz dayandıqda ata-babaların yoluna üz tutmaq olmaz.
Musa məntiqlə danışırdı, amma Firon söhbəti tarixi məcraya yönəldirdi. O bu yolla xalqın hisslərini oyatmaq istəyirdi.

Tez-tez Verilən Suallar

Taha ‏ surəsi 51-ci ayə haqqında suallar və cavablar

Taha ‏ surəsinin 51-ci ayəsi nə haqqındadır?
(Firon) dedi: Belə isə (Allahı inkar və peyğəmbərləri təkzib etmiş) keçmiş ümmətlərin vəziyyəti necə olacaqdır?
Taha ‏ surəsi 51-ci ayə hansı surədə yerləşir?
Taha ‏ surəsi Quran-ı Kərimin 20-ci surəsidir. Bu surə Məkkəvi surədir və 51-ci ayə Taha ‏ surəsinin tərkib hissəsidir.
Taha ‏ surəsi 51-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Taha ‏ surəsinin 51-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Taha ‏ surəsi 51-ci ayənin təfsiri nədir?
"(Firon) dedi: «Bəs ötən nəsillərin halı necədir?»”Nöqtələr"Bal” fikir mənasını bildirsə də, hal mənasında da işlədilir.Firon üçün xaliqlik yox, Rəbblik mühüm görünürdü. O, xaliqlik iddiasında deyildi və özünün də məbudu vardı.("Taha”, 50.)Kafirlər də Allahı xaliq olaraq qəbul edirlər.("Şuəra”, 78) Fironun iddiası Rəbblik, başqa sözlə rəhbərlik, mütləq hakimiyyət idi. Bu səbəbdən də Musa ona cavab olaraq buyurdu: ”Varlıq aləminin xaliqi, Rəbbi və hakimi birdir.Bütün peyğəmbərlər insanları t...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.