Taha ‏ surəsi · 48-ci ayə

Həqiqətən bizə vəhy olunub ki, (Allahın) əzab(ı Onun nişanələrini və peyğəmbərlərinin çağırışlarını) təkzib edən və (haqdan) üz döndərən kəs üçündür.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 48
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"(Ona deyin,) həqiqətən, bizə vəhy olunub ki, əzab (ilahi ayələri) təkzib edib boyun qaçırana aiddir.”

Nöqtələr
Zalım başçıların tərbiyəsi çox çətin və mühüm olduğundan Allah Firona doğru hərəkət etməyə yenə də göstəriş verir.
Bu ayələrdə 3 etiqadi əsas yada salınır: tövhid, nübuvvət və məad.
Allah Musa və Harunun görəcəyi işləri beş mərhələyə bölür: Getmək, demək, dəlil göstərmək, təşviq etmək, xəbərdarlıq etmək.
Bildirişlər
1. Haqqa çağırış və təbliğ müdafiə xarakterli olmamalıdır.
2. Peyğəmbərlərin risaləti Allahın rübubiyyət şənindəndir.
3. Təkəbbürlülərin qürurunu sındırın. Özünü Rəbb sayanlarla "sənin Rəbbin” təbirini işlətməklə söhbət aparılır.
4. Yumşaq danışıq qətiyyət və aşkarlıqla zidd deyil.
5. İnsanları zalım hakimlərin zülm-sitəmindən qurtarmaq peyğəmbərlərin ilkin vəzifəsidir. (Bəli, din siyasətdən ayrı deyil. Zalım güclərlə mübarizə və xalqı azadlığa çıxarmaq ilahi göstərişlərdəndir.)
6. Zülm və günah mühitindən hicrət qurtuluş üçün müqəddimədir. Öncə azadlıq, sonra iman.
7. Zalım hakimlə mübarizə və xalqın azadlığa çıxarılması ilahi prinsiplər əsasında həyata keçirildikdə dəyərli olur.
8. Xalqa əzab-əziyyət vermək qadağandır.
9. Məmurların əməllərinə görə həm də onların başçıları məsuliyyət daşıyır. Firon özü şəxsən kimisə cəzalandırmasa da, əsas amil odur.
10. Yetərli əmniyyət və salamatçılıq yalnız ilahi göstərişlərə itaətlə əldə oluna bilər.
11. Zalım hakimlərə, sitəmkarlara, hidayət yolunda olmayanlara salam vermək qadağandır.
12. Əsas məsələ haqqa itaətdir.
13. Sözün sonunda salam vermək danışıq ədəblərindəndir.

Tez-tez Verilən Suallar

Taha ‏ surəsi 48-ci ayə haqqında suallar və cavablar

Taha ‏ surəsinin 48-ci ayəsi nə haqqındadır?
Həqiqətən bizə vəhy olunub ki, (Allahın) əzab(ı Onun nişanələrini və peyğəmbərlərinin çağırışlarını) təkzib edən və (haqdan) üz döndərən kəs üçündür.
Taha ‏ surəsi 48-ci ayə hansı surədə yerləşir?
Taha ‏ surəsi Quran-ı Kərimin 20-ci surəsidir. Bu surə Məkkəvi surədir və 48-ci ayə Taha ‏ surəsinin tərkib hissəsidir.
Taha ‏ surəsi 48-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Taha ‏ surəsinin 48-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Taha ‏ surəsi 48-ci ayənin təfsiri nədir?
"(Ona deyin,) həqiqətən, bizə vəhy olunub ki, əzab (ilahi ayələri) təkzib edib boyun qaçırana aiddir.”NöqtələrZalım başçıların tərbiyəsi çox çətin və mühüm olduğundan Allah Firona doğru hərəkət etməyə yenə də göstəriş verir.Bu ayələrdə 3 etiqadi əsas yada salınır: tövhid, nübuvvət və məad.Allah Musa və Harunun görəcəyi işləri beş mərhələyə bölür: Getmək, demək, dəlil göstərmək, təşviq etmək, xəbərdarlıq etmək.Bildirişlər1. Haqqa çağırış və təbliğ müdafiə xarakterli olmamalıdır.2. Peyğəmbərlərin ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.