Taha ‏ surəsi · 46-cı ayə

(Allah) buyurdu: (Qətiyyən) qorxmayın. Şübhəsiz, Mən sizinlə birlikdəyəm, eşidirəm və görürəm.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 46
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"(Allah) buyurdu: «Qorxmayın, həqiqətən, Mən sizinləyəm, eşidirəm və görürəm.»”

Nöqtələr
"Fərt” dedikdə sürət götürmək, önə keçmək mənaları anlaşılır. "Ən yəfrutə ələyna”, yəni qorxuruq ki, biz dəlil və möcüzələrimizi göstərməmiş, Firon bizi qabaqlayıb, Bəni-İsrailə münasibətdə tüğyanını artıra.(Ənkəbut”, 61)
İnsan həyatında qorxu təbii bir hadisədir. Bütün insanlar təhlükə ilə üzləşdikdə qorxurlar. Amma peyğəmbərlərin Allahdan qeyrisindən qorxması bəyənilməmiş və məzəmmət olunmuşdur.
Bildirişlər
1. Problemləri araşdırmaq, ehtimal olunan maneələri nəzərdən keçirmək və gələcəklə bağlı ehtiyatlanmaq ixlas və peyğəmbərlik məqamına zidd deyil.
2. Fitnə-fəsad törətmək, şayiə yaymaq zalımlara xas xüsusiyyətdir. Onlar mühiti zəhərləyir, ilahi insanlara böhtan atır, haqq sözü eşitdikdən sonra qarışıqlıq salırlar ki, söz təsirsiz qalsın.
3. Allah hüzuruna iman, ilahi yardımlara əminlik şücaət amilidir və möminlərin ruh yüksəkliyinə səbəb olur.
4. Bir şəxsə müəyyən iş tapşırdıqda onu təmin etmək, ruhiyyəsini gücləndirmək lazımdır.
5. Bütün insanlar ilahi mərhəmətdən faydalansa da, Allahın peyğəmbərlərə olan lütfü daha artıqdır.

Tez-tez Verilən Suallar

Taha ‏ surəsi 46-cı ayə haqqında suallar və cavablar

Taha ‏ surəsinin 46-cı ayəsi nə haqqındadır?
(Allah) buyurdu: (Qətiyyən) qorxmayın. Şübhəsiz, Mən sizinlə birlikdəyəm, eşidirəm və görürəm.
Taha ‏ surəsi 46-cı ayə hansı surədə yerləşir?
Taha ‏ surəsi Quran-ı Kərimin 20-ci surəsidir. Bu surə Məkkəvi surədir və 46-cı ayə Taha ‏ surəsinin tərkib hissəsidir.
Taha ‏ surəsi 46-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Taha ‏ surəsinin 46-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Taha ‏ surəsi 46-cı ayənin təfsiri nədir?
"(Allah) buyurdu: «Qorxmayın, həqiqətən, Mən sizinləyəm, eşidirəm və görürəm.»”Nöqtələr"Fərt” dedikdə sürət götürmək, önə keçmək mənaları anlaşılır. "Ən yəfrutə ələyna”, yəni qorxuruq ki, biz dəlil və möcüzələrimizi göstərməmiş, Firon bizi qabaqlayıb, Bəni-İsrailə münasibətdə tüğyanını artıra.(Ənkəbut”, 61)İnsan həyatında qorxu təbii bir hadisədir. Bütün insanlar təhlükə ilə üzləşdikdə qorxurlar. Amma peyğəmbərlərin Allahdan qeyrisindən qorxması bəyənilməmiş və məzəmmət olunmuşdur.Bildirişlər1. ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.