Taha ‏ surəsi · 33-cü ayə

ki, Səni (qibtilərin və fironçuların arasında aşkarcasına) pak sifətlərlə çox mədh edək və (şəriki olmaqdan) pak (və uzaq) bilək.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 33
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Beləcə, Səni çox pak anaq, çox zikr edək.”

Nöqtələr
"Vizr” sözündən olan "vəzir” sözü ağır yük mənasını bildirir. Başqa birinin də məsuliyyət yükünü öhdəsinə götürən şəxs "vəzir” adlanır. "Əzri” dedikdə "mənim arxam” mənası anlaşılır.
Təfsirlərdə deyilir ki, İslam Peyğəmbəri (s) bu ayələri dəfələrlə oxuyar və buyurardı: "Pərvərdigara! Mən də Musa kimi öz əhlimdən vəzir istəyirəm.”("Ali-İmran”, 52)
Həzrət Musa vəhyin qəbulu üçün çətinlik çəkmirdi. O yalnız peyğəmbərlik məsuliyyətinin və təbliğin ağırlığından vəzir istəyirdi.
Harun Musadan 3 yaş böyük idi. O, Musadan 3 il tez dünyasını dəyişdi.("Ənfal”, 64.) Bütün sonrakı peyğəmbərlər Harun nəslindəndir.
Əllamə Təbatəbai "Əl-mizan” təfsirində buyurur: "Həzrət Peyğəmbər (s) Əliyə (ə) buyurdu: ”Harun Musa üçün necə idisə, sən də mənim üçün eləsən.” "Mənzilət” hədisi adlanan bu hədis 100 dəfə sünnə, 70 dəfə şiə əhli tərəfindən nəql olunmuşdur.”
İnsanın xalqdan kömək istəməsi onun Allaha təvəkkülü ilə zidd deyil və şirk sayılmır. Quranda dəfələrlə qarşılıqlı yardım məsələsinə toxunulur. "Maidə” surəsinin 2-ci ayəsində buyurulur: "Xeyir işdə bir-birinizə yardım göstərin.” Həzrət İsa (ə) buyurdu: "Allaha doğru hərəkətdə yardımçım kimdir?”("Kəhf”, 95.) Başqa bir yerdə peyğəmbərə cavab olaraq Allah buyurdu: ”Allah və ardınca gələn möminlər sənə bəs edər.”("Yusuf”, 109) Zül-Qərneyn də sədd tikərkən xalqdan yardım istədi.("Təfsire-nümunə”. )Hazırkı əhvalatda da həzrət Musa dinin təbliğində kömək üçün Allahdan layiqli insan istəyir.
Bildirişlər
1. Firon kimi zalım güclə təkbaşına mübarizə aparmaq mümkün deyil.
2. İş mühümləşdikcə vəzir seçimi də həssas məsələyə çevrilir. Musa üçün vəziri Allah təyin etməli idi.
3. İnsanın yardımçısı onun öz əhlindən olsa daha yaxşıdır. (Əlbəttə ki, yaxınlar arasında əgər ləyaqətli şəxs varsa.)
4. Rəhbərlik və müdriyyət bir şəxsdə cəmlənməlidir. Başqaları isə onunla həmkarlıq etməlidir.
5. Həmkarlıq irəliləyiş səbəbidir.
6. Zalım qüvvələrlə mübarizə fəzasında təsbih və zikr gerçək olur.
7. Hakimiyyət və qüdrət fəlsəfəsi cəmiyyətdə mənəviyyatın bərpasıdır.
8. Peyğəmbərlərin vəzifəsi şirk, şəkk-şübhə və xurafatların qarşısını almaqdır.
9. Böyük məsuliyyət çoxlu təsbih və zikr tələb edir.
10. Öncə Allahı istənilən eyb və nöqsandan pak bilək, sonra zikr və şükürlə məşğul olaq.
11. Yalnız ardıcıl zikr dəyərlidir. Təhlükə zamanı hamı Allahı yada salır.

Tez-tez Verilən Suallar

Taha ‏ surəsi 33-cü ayə haqqında suallar və cavablar

Taha ‏ surəsinin 33-cü ayəsi nə haqqındadır?
ki, Səni (qibtilərin və fironçuların arasında aşkarcasına) pak sifətlərlə çox mədh edək və (şəriki olmaqdan) pak (və uzaq) bilək.
Taha ‏ surəsi 33-cü ayə hansı surədə yerləşir?
Taha ‏ surəsi Quran-ı Kərimin 20-ci surəsidir. Bu surə Məkkəvi surədir və 33-cü ayə Taha ‏ surəsinin tərkib hissəsidir.
Taha ‏ surəsi 33-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Taha ‏ surəsinin 33-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Taha ‏ surəsi 33-cü ayənin təfsiri nədir?
"Beləcə, Səni çox pak anaq, çox zikr edək.”Nöqtələr"Vizr” sözündən olan "vəzir” sözü ağır yük mənasını bildirir. Başqa birinin də məsuliyyət yükünü öhdəsinə götürən şəxs "vəzir” adlanır. "Əzri” dedikdə "mənim arxam” mənası anlaşılır.Təfsirlərdə deyilir ki, İslam Peyğəmbəri (s) bu ayələri dəfələrlə oxuyar və buyurardı: "Pərvərdigara! Mən də Musa kimi öz əhlimdən vəzir istəyirəm.”("Ali-İmran”, 52)Həzrət Musa vəhyin qəbulu üçün çətinlik çəkmirdi. O yalnız peyğəmbərlik məsuliyyətinin və təbliğin ağı...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.