Taha ‏ surəsi · 15-ci ayə

Qiyamət günü mütləq gələcəkdir. (Həmin gün) hər bir kəsə çalışdığının əvəzinin verilməsi üçün onu(n vaxtını) gizlətmək istəyirəm.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 15
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Həqiqətən, qiyamət gələcək. (Amma Mən onu məxfi saxlamaq istəyirəm ki, hər kəs öz səy və təlaşı müqabilində əvəz alsın.”

Nöqtələr
Qiyamətin bir adı da saətdir. (Bu söz qiyamət mənasında 40 dəfədən çox işlədilmişdir.)

Bildirişlər
1. Peyğəmbərlər xalq tərəfindən yox, Allah tərəfindən təyin olunur.
2. Peyğəmbər vəhy kəlmələrini bütün vücudu ilə, can-dildən dinləməlidir.
3. Təqdimat danışıq qaydalarındandır.
4. İlahi nizamda mərifət əsas amildir.
5. Dini əsaslarla tanışlıq dini vəzifələrin icrasından öndə gəlir. Öncə nəzəri tərif, sonra əməli tövhid.
6. İbadət xalisanə, səmimi olmalıdır. İbadətin dəyəri onun nə dərəcədə xalis olmasından asılıdır.
7. Bütün əqidələrin önündə tövhid, bütün ibadətlərin önündə namaz gəlir.
8. Namaz peyğəmbərlərin ilkin göstərişi və əməli proqramıdır.
9. Digər dinlərdə də namaz göstərişi var.
10. Namazın bərpası dedikdə onun təkcə formal surətdə yerinə yetirilməsi yox, həm də mahiyyətinə diqqət yetirmək nəzərdə tutulur. Yəni insan özünü Allahın hüzurunda hiss etməlidir.
11. Qiyamətə diqqət insanı namaza sövq edir. Qiyamətdə namaz haqqında soruşular.
12. Namaz Allahın xatırlanması üçün qılınır. Allahın xatırlanması qəlblərin aramlığına səbəb olur.(Təfsire-kəbire-Fəxr Razi” )
13. Allah bəşəriyyəti ilkin olaraq tövhid və məada çağırmışdır.
14. Qiyamətin bərpa olacağı vaxtdan Allahdan savay kimsə xəbərdar deyil.
15. Qiyamətin baş verəcəyi qətidir, amma onun vaxtı məxfi saxlanılmışdır.
16. Hər bilik faydalı olmur. Qiyamət vaxtının məxfi saxlanılmasının hikməti və faydası var. Qiyamət baxımından xəbərsiz insan əməldə azaddır, həyəcan və qorxu keçirmir. Qonağın nə vaxt gələcəyini bilməyən şəxs daim hazır olur.
17. Qiyamət vaxtının məxfi saxlanılması insanların həqiqət əsasında, onların səyləri həddində dəyərləndirilməsinə şərait yaradır.
18. Dünyəvi mükafat və cəza kamil deyil.
19. Qiyamətdə qanunlar, mükafat və cəzalar ədalət əsasında icraya qoyulur.
20. Mükafat səy və təlaşa əsaslanır. Çalışmaların başa çatıb-çatmaması mühüm deyil.

Tez-tez Verilən Suallar

Taha ‏ surəsi 15-ci ayə haqqında suallar və cavablar

Taha ‏ surəsinin 15-ci ayəsi nə haqqındadır?
Qiyamət günü mütləq gələcəkdir. (Həmin gün) hər bir kəsə çalışdığının əvəzinin verilməsi üçün onu(n vaxtını) gizlətmək istəyirəm.
Taha ‏ surəsi 15-ci ayə hansı surədə yerləşir?
Taha ‏ surəsi Quran-ı Kərimin 20-ci surəsidir. Bu surə Məkkəvi surədir və 15-ci ayə Taha ‏ surəsinin tərkib hissəsidir.
Taha ‏ surəsi 15-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Taha ‏ surəsinin 15-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Taha ‏ surəsi 15-ci ayənin təfsiri nədir?
"Həqiqətən, qiyamət gələcək. (Amma Mən onu məxfi saxlamaq istəyirəm ki, hər kəs öz səy və təlaşı müqabilində əvəz alsın.”NöqtələrQiyamətin bir adı da saətdir. (Bu söz qiyamət mənasında 40 dəfədən çox işlədilmişdir.)Bildirişlər1. Peyğəmbərlər xalq tərəfindən yox, Allah tərəfindən təyin olunur.2. Peyğəmbər vəhy kəlmələrini bütün vücudu ilə, can-dildən dinləməlidir.3. Təqdimat danışıq qaydalarındandır.4. İlahi nizamda mərifət əsas amildir.5. Dini əsaslarla tanışlıq dini vəzifələrin icrasından öndə ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.