Taha ‏ surəsi · 129-cu ayə

Əgər Rəbbin tərəfindən keçmiş söz (onlara qəfildən əzab göndərməmək barəsində Lövhi-Məhfuzda yazılmış qəti hökm) və (onların ömür müddətləri barəsində) təyin edilmiş müddət olmasaydı, şübhəsiz, (keçmiş ümmətlərə gəlmiş əzabın onlara da verilməsi) lazım gələrdi (və onların hamısını birlikdə həlak edərdik).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 129
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Əgər Rəbbinin sünnə və təqdiri, müəyyənləşdirilmiş bir vaxt olmasaydı, hər halda ilahi əzab qaçılmaz olardı.”

Nöqtələr
"Nuhyə” sözünün cəm forması olan "Nuha” sözü insana çirkin işləri qadağan edən şey mənasını bildirir. Bu səbəbdən də ağıl "nuhyə” adlandırılmışdır. Çünki ağıl insanı azğın istəklərdən qoruyur. Demək, həqiqi ağıl düşüncədən əlavə təhlükə və pisliklərdən uzaqlıq səbəbidir.
"Qərn” dedikdə eyni bir dövrdə yaşamış qövm, xalq nəzərdə tutulur. Bəzən zamanın özü də "qərn” adlandırılır. "Lizam” sözü zəruri və qəti iş mənasını bildirir.
"Kəlimətun-səbəqət” dedikdə Allahın həzrət Adəmə "yerə enin” buyruğu nəzərdə tutulur.("Təfsire-Əl-mizan)
Məkkə əhli səfərə çıxarkən Ad və Səmud qövmünün yaşadığı yerlərdən keçər, onlardan qalan xarabalıqları görərdilər. Allah bu ayələrdə onlara xəbərdarlıq edir ki, həmin qövmlərin acı taleyini unutmasınlar, bu nişanələri düşünüb ibrət götürsünlər.("Bəqərə”, 180; "Cumuə”, 10; "Kəhf”, 46.)
Bildirişlər
1. Tarix ən yaxşı müəllim və ən doğruçu vaizdir. Tarixdən ibrət götürməyən kəs məzəmmətə layiqdir.
2. Allahın xəbərdarlıqlarına ciddi yanaşaq.
3. Tarixi dəyişikliklər Allahın əlindədir.
4. Elm təklikdə bəs etmir, ibrət də lazımdır. Onlar baş verənləri görsələr də qəflətdədirlər.
5. Qəzəbə gəlib xaraba qalmış hər bir məntəqə düşüncə sahibləri üçün ibrətdir.
6. Tarixi abidələri təkcə əyləncə xatirinə seyr etməyək. Yalnız düşüncəsiz insanlar bu qalıqlardan ibrət götürmür.
7. Hər insan ibrət gözü ilə baxa bilmir. Yalnız nəfsini bulaşıqlıqlardan qoruyan insanlar ibrət götürürlər.
8. Tarixin fəlsəfəsi var və səbəb-nəticə qanununa əsaslanır. Bəli, keçmiş qövmlər müəyyən əsaslarla məhv edilmişlər. Əgər bu gün də uyğun əməllər təkrarlansa, eyni fəlakətlərlə üzləşərik.
9. Bütün işlərin nizamlanması, möhlət verilməsi ilahi bir sünnədir. Əks-təqdirdə, günahkarlar dərhal məhv edilərdi. (Hər ümmət üçün müəyyənləşdirilmiş bir vaxt var.)
10. Əzabın təxirə düşməsi imansız zalımları arxayınlaşdırmasın.
11. Allah yalnız höccəti tamamladıqdan sonra günahkarları əzaba düçar edir.
12. İnsanlar proqram və vaxt bölgüsü əsasında ömür sürürlər.

Tez-tez Verilən Suallar

Taha ‏ surəsi 129-cu ayə haqqında suallar və cavablar

Taha ‏ surəsinin 129-cu ayəsi nə haqqındadır?
Əgər Rəbbin tərəfindən keçmiş söz (onlara qəfildən əzab göndərməmək barəsində Lövhi-Məhfuzda yazılmış qəti hökm) və (onların ömür müddətləri barəsində) təyin edilmiş müddət olmasaydı, şübhəsiz, (keçmiş ümmətlərə gəlmiş əzabın onlara da verilməsi) lazım gələrdi (və onların hamısını birlikdə həlak edərdik).
Taha ‏ surəsi 129-cu ayə hansı surədə yerləşir?
Taha ‏ surəsi Quran-ı Kərimin 20-ci surəsidir. Bu surə Məkkəvi surədir və 129-cu ayə Taha ‏ surəsinin tərkib hissəsidir.
Taha ‏ surəsi 129-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Taha ‏ surəsinin 129-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Taha ‏ surəsi 129-cu ayənin təfsiri nədir?
"Əgər Rəbbinin sünnə və təqdiri, müəyyənləşdirilmiş bir vaxt olmasaydı, hər halda ilahi əzab qaçılmaz olardı.”Nöqtələr"Nuhyə” sözünün cəm forması olan "Nuha” sözü insana çirkin işləri qadağan edən şey mənasını bildirir. Bu səbəbdən də ağıl "nuhyə” adlandırılmışdır. Çünki ağıl insanı azğın istəklərdən qoruyur. Demək, həqiqi ağıl düşüncədən əlavə təhlükə və pisliklərdən uzaqlıq səbəbidir."Qərn” dedikdə eyni bir dövrdə yaşamış qövm, xalq nəzərdə tutulur. Bəzən zamanın özü də "qərn” adlandırılır. "L...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.