Taha ‏ surəsi · 12-cü ayə

Həqiqətən sənin Rəbbin Mənəm! Buna görə də nəleynini (ayağından) çıxart. Çünki sən müqəddəs Tuva çölündəsən (müqəddəs yerə ayaqqabı ilə girmək olmaz).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 12
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Həqiqətən, Mən sənin Rəbbinəm: Ayaqqabını çıxar, həqiqətən, sən müqəddəs Tuva vadisindəsən.”

Nöqtələr
Qurani-kərimdə Musanın adı 20 surədə, 136 dəfə çəkilmişdir. Musanın əhvalatı Quranın ən böyük dastanlarındandır. Quranın 900-dək ayəsi bu mövzuya həsr olunmuşdur.
Allahın gözəl adlarından olan "Rəbb” adı Quranda 970 dəfə işlədilmişdir. Allah ilk dəfə həzrət Musaya təcəlla edərkən özünü bu adla tanıtdırır. Həzrət Musanın peyğəmbərliyi ilahi kəlamla başladığından onu "kəlimullah” adlandırmışlar.(Tövrat. Sifri-Xüruc, 3-cü fəsil. )
"Vadiyul-muqəddəs” dedikdə eyb və günahdan uzaq məkan nəzərdə tutulur. "Tuva” sözü isə bərəkətli yer mənasını bildirir.
Hədisdə bildirilir ki, ayaqqabıları çıxarmaq dedikdə, iki nigarançılıqdan qurtulmaq nəzərdə tutulur: isti havada zövcənin vəziyyətindən nigarançılıq və Fironun şərindən nigarançılıq.(Rəd”, 28.) Bəziləri bu təbirin ailə-övlada və ya dünya-axirət məhəbbətinə işarə olduğunu bildirir. Hazırkı Tövratda da uyğun ifadə həmin təbirdə verilmişdir.("Təfsire-fi zilalil Quran”. )
Bildirişlər
1. Çox olur ki, insan müəyyən məqsədlə addım atır, amma başqa bir nəticə əldə edir.
Musa getdi atəş əldə etməyə,
Bir atəş gördü ki, ucaldı göyə.
2. Allah bir işin gerçəkləşməsini istədikdə bütün vasitələr uyğun məqsəd üçün səfərbər olur. (Gecənin qaranlığı, həyat yoldaşının hamiləliyi, yolu itirməsi, od görməsi Musanın cəzbi və ona vəhy nazil olması üçün müqəddimə oldu.)
3. İnamsızlıq hissi olunan yerdə daha çox təkid olunmalıdır.
4. İşin müqəddəsliyi və mənəviyyatı fərdlərin zahirində də müşahidə olunmalıdır.
5. Allahla dərin rabitə qeyri-ilahi bağlılıqların qırılmasından asılıdır.
6. Məsuliyyətin qəbulu üçün sadəlik ilkin şərtlərdəndir.
7. Bəzi yerlərin xüsusi müqəddəsliyi var. (Ayaqqabıları çıxartmaq müqəddəs yerlərə giriş ədəblərindəndir.)
8. Müqəddəs bəyanatlar müqəddəs məkanlarda nazil olur.
9. İlahi məsuliyyətlər təbiətin pak qoynunda, Tur dağında, müqəddəs Tuva vadisində, Hira dağında qəbul olunur.

Tez-tez Verilən Suallar

Taha ‏ surəsi 12-cü ayə haqqında suallar və cavablar

Taha ‏ surəsinin 12-cü ayəsi nə haqqındadır?
Həqiqətən sənin Rəbbin Mənəm! Buna görə də nəleynini (ayağından) çıxart. Çünki sən müqəddəs Tuva çölündəsən (müqəddəs yerə ayaqqabı ilə girmək olmaz).
Taha ‏ surəsi 12-cü ayə hansı surədə yerləşir?
Taha ‏ surəsi Quran-ı Kərimin 20-ci surəsidir. Bu surə Məkkəvi surədir və 12-cü ayə Taha ‏ surəsinin tərkib hissəsidir.
Taha ‏ surəsi 12-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Taha ‏ surəsinin 12-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Taha ‏ surəsi 12-cü ayənin təfsiri nədir?
"Həqiqətən, Mən sənin Rəbbinəm: Ayaqqabını çıxar, həqiqətən, sən müqəddəs Tuva vadisindəsən.”NöqtələrQurani-kərimdə Musanın adı 20 surədə, 136 dəfə çəkilmişdir. Musanın əhvalatı Quranın ən böyük dastanlarındandır. Quranın 900-dək ayəsi bu mövzuya həsr olunmuşdur.Allahın gözəl adlarından olan "Rəbb” adı Quranda 970 dəfə işlədilmişdir. Allah ilk dəfə həzrət Musaya təcəlla edərkən özünü bu adla tanıtdırır. Həzrət Musanın peyğəmbərliyi ilahi kəlamla başladığından onu "kəlimullah” adlandırmışlar.(Töv...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.