Taha ‏ surəsi · 111-cü ayə

(Həmin gün batinin aynası olan) üzlər diri, əbədi və varlığı bərqərar saxlayan Allahın qarşısında zəlil və itaətkar olacaqlar. Və əlbəttə, zülm yükü daşıyan kəs (Allahın mərhəmətinə) naümid olacaqdır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 111
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"(Həmin gün) bütün çöhrələr ölməz və sarsılmaz Allahın qarşısında xar və zəlil olar. Əlbəttə ki, sitəm yükü götürən məyus olub ziyana düşər.”

Nöqtələr
"Ənvə” sözündən olan "ənət” sözü qəhr-qəzəb və hökm qarşısında zillət mənasını bildirir. Zatına istinadən dayanmış, hər şeyi hifz edən, hər şeyə davamlılıq verən kəs "qəyyum” adlanır. "Xəybə” sözündən olan "xab” sözü istəyin əldən verilməsi mənasını ifadə edir.
Bildirişlər
1. Qiyamət hesabı çox dəqiqdir. Çünki hesabı aparan kəs hər şeydən xəbərdardır, şəfaətdən sui-istifadə üçün yol yoxdur.
2. Allah insanların keçmiş və gələcək işlərindən eyni dərəcədə, tam xəbərdardır.
3. Məhdud həqiqət sonsuz həqiqəti əhatə etmək gücündə deyil. İnsan Allahın zatından, sifətlərindən, yaratdıqlarından, qüdrət və tədbirlərindən tam xəbər tutmaqda acizdir.
4. İnsanın ruhi durumu hər şeydən öncə onun çöhrəsində görünür.
5. Zülmün sonu ilahi mərhəmətdən məhrumluqdur.
6. Bir çox zülmlərə görə dünyada tövbə edib üzr istəmək olar. Bədbəxt o kəsdir ki, öz zülmünü Qiyamətədək daşısın.

Tez-tez Verilən Suallar

Taha ‏ surəsi 111-cü ayə haqqında suallar və cavablar

Taha ‏ surəsinin 111-cü ayəsi nə haqqındadır?
(Həmin gün batinin aynası olan) üzlər diri, əbədi və varlığı bərqərar saxlayan Allahın qarşısında zəlil və itaətkar olacaqlar. Və əlbəttə, zülm yükü daşıyan kəs (Allahın mərhəmətinə) naümid olacaqdır.
Taha ‏ surəsi 111-cü ayə hansı surədə yerləşir?
Taha ‏ surəsi Quran-ı Kərimin 20-ci surəsidir. Bu surə Məkkəvi surədir və 111-cü ayə Taha ‏ surəsinin tərkib hissəsidir.
Taha ‏ surəsi 111-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Taha ‏ surəsinin 111-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Taha ‏ surəsi 111-cü ayənin təfsiri nədir?
"(Həmin gün) bütün çöhrələr ölməz və sarsılmaz Allahın qarşısında xar və zəlil olar. Əlbəttə ki, sitəm yükü götürən məyus olub ziyana düşər.”Nöqtələr"Ənvə” sözündən olan "ənət” sözü qəhr-qəzəb və hökm qarşısında zillət mənasını bildirir. Zatına istinadən dayanmış, hər şeyi hifz edən, hər şeyə davamlılıq verən kəs "qəyyum” adlanır. "Xəybə” sözündən olan "xab” sözü istəyin əldən verilməsi mənasını ifadə edir.Bildirişlər1. Qiyamət hesabı çox dəqiqdir. Çünki hesabı aparan kəs hər şeydən xəbərdardır,...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.