Taha ‏ surəsi · 104-cü ayə

Biz onların (Məhşər səhnəsinə gətirildikdən sonra ömürlərini və ya Bərzəx aləmini əbədiliklə müqayisə edərək) dediklərini daha yaxşı bilirik. O zaman onların həqiqətə ən yaxın olanı deyər: «Bir gündən artıq qalmamısınız.» (Çünki azlıq və qısalıq baxımından bir gün on gündən daha düzgün və ədalətlidir.)

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 104
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"(Əlbəttə) Biz onların dediklərini daha yaxşı bilirik. Onlar arasında ən yaxşı rəftarı olanlar deyər: "Siz bir gündən çox yubanmadınız!”

Nöqtələr
Qiyamət o qədər əzəmətlidir ki, insan həmin səhnəni gördükdən sonra dünya ömrünü yarım, bir, ən çoxu on gün zənn edir. Quran müxtəlif zümrələrin dilindən dünya həyatının uzunluğu ilə bağlı təsəvvürləri belə bəyan edir: on gün, bir gün, günün bir hissəsi("Muminun”, 114); qısa anlar("Təvilul-ayat”, 304. ); qısa bir vaxt("Təfsire-nümunə”. ).
Belə görünür ki, dünya həyatının uzunluğu ilə bağlı fərqli fikirlər insanların bəsirət və düşüncə səviyyəsindən doğur. Ayələrdən göründüyü kimi, dünya ömrünü yaxşı rəftar sahibləri bir gün, günahkarlar isə on gün zənn edirlər.
Bildirişlər
1. Günahkarlar qiyamət səhnəsində eyni dərəcədə olmur.
2. Daha ağıllı insan dünya ömrünü daha qısa sayır.

Tez-tez Verilən Suallar

Taha ‏ surəsi 104-cü ayə haqqında suallar və cavablar

Taha ‏ surəsinin 104-cü ayəsi nə haqqındadır?
Biz onların (Məhşər səhnəsinə gətirildikdən sonra ömürlərini və ya Bərzəx aləmini əbədiliklə müqayisə edərək) dediklərini daha yaxşı bilirik. O zaman onların həqiqətə ən yaxın olanı deyər: «Bir gündən artıq qalmamısınız.» (Çünki azlıq və qısalıq baxımından bir gün on gündən daha düzgün və ədalətlidir.)
Taha ‏ surəsi 104-cü ayə hansı surədə yerləşir?
Taha ‏ surəsi Quran-ı Kərimin 20-ci surəsidir. Bu surə Məkkəvi surədir və 104-cü ayə Taha ‏ surəsinin tərkib hissəsidir.
Taha ‏ surəsi 104-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Taha ‏ surəsinin 104-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Taha ‏ surəsi 104-cü ayənin təfsiri nədir?
"(Əlbəttə) Biz onların dediklərini daha yaxşı bilirik. Onlar arasında ən yaxşı rəftarı olanlar deyər: "Siz bir gündən çox yubanmadınız!”NöqtələrQiyamət o qədər əzəmətlidir ki, insan həmin səhnəni gördükdən sonra dünya ömrünü yarım, bir, ən çoxu on gün zənn edir. Quran müxtəlif zümrələrin dilindən dünya həyatının uzunluğu ilə bağlı təsəvvürləri belə bəyan edir: on gün, bir gün, günün bir hissəsi("Muminun”, 114); qısa anlar("Təvilul-ayat”, 304. ); qısa bir vaxt("Təfsire-nümunə”. ).Belə görünür ki,...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.