Ər-Rəd surəsi · 40-cu ayə

Əgər onlara vəd etdiklərimizin (dünyəvi cəzaların) bir qismini sənə göstərsək, yaxud (ondan qabaq) sənin canını alsaq, sənin vəzifən (onların əzabını görmək deyil) yalnız tapşırığı çatdırmaqdır və (imana məcbur etmək və hər təklifi qəbul etmək deyil) hesab çəkmək (və cəzalandırmaq) Bizim öhdəmizədir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ər-Rəd surəsi / ayə 40
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Ey peyğəmbər, işin nəticəsini görmək fikrində olma, çünki onlara vəd etdiyimizin bir hissəsini sənə göstərsək də, ya səni dünyadan aparsaq da, (bil ki, Biz Öz vədlərimizi yerinə yetirəcəyik). Beləcə, sənin vəzifən yalnız təbliğdir. Hesab çəkmək yalnız Bizim işimizdir.”
Bildirişlər
1. Allahın müsəlmanlara lütfündən və ya kafirlərə qəhr-qəzəbindən müşahidə olunanlar ilahi vədlərin gerçəkləşməsindən yalnız bir hissəsidir.
2. Hətta möhtərəm peyğəmbər kimi fərdlərin ölümü ilahi vədlərin gerçəkləşməsinə mane olmur və bu vədlər nəzərdə tutulduğu vaxt gerçəkləşir.
3. Bəzən təbliğin təsirləri təbliğçi gedəndən sonra üzə çıxır. Demək, vəzifəmizi yerinə yetirərkən dərhal nəticə gözləməməliyik. Çünki təxir işin baş verməyəcəyini göstərmir.
4. İlahi cəzalar əsassız və hesabsız deyil.

Tez-tez Verilən Suallar

Ər-Rəd surəsi 40-cu ayə haqqında suallar və cavablar

Ər-Rəd surəsinin 40-cu ayəsi nə haqqındadır?
Əgər onlara vəd etdiklərimizin (dünyəvi cəzaların) bir qismini sənə göstərsək, yaxud (ondan qabaq) sənin canını alsaq, sənin vəzifən (onların əzabını görmək deyil) yalnız tapşırığı çatdırmaqdır və (imana məcbur etmək və hər təklifi qəbul etmək deyil) hesab çəkmək (və cəzalandırmaq) Bizim öhdəmizədir.
Ər-Rəd surəsi 40-cu ayə hansı surədə yerləşir?
Ər-Rəd surəsi Quran-ı Kərimin 13-ci surəsidir. Bu surə Məkkəvi surədir və 40-cu ayə Ər-Rəd surəsinin tərkib hissəsidir.
Ər-Rəd surəsi 40-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ər-Rəd surəsinin 40-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ər-Rəd surəsi 40-cu ayənin təfsiri nədir?
"Ey peyğəmbər, işin nəticəsini görmək fikrində olma, çünki onlara vəd etdiyimizin bir hissəsini sənə göstərsək də, ya səni dünyadan aparsaq da, (bil ki, Biz Öz vədlərimizi yerinə yetirəcəyik). Beləcə, sənin vəzifən yalnız təbliğdir. Hesab çəkmək yalnız Bizim işimizdir.”Bildirişlər1. Allahın müsəlmanlara lütfündən və ya kafirlərə qəhr-qəzəbindən müşahidə olunanlar ilahi vədlərin gerçəkləşməsindən yalnız bir hissəsidir.2. Hətta möhtərəm peyğəmbər kimi fərdlərin ölümü ilahi vədlərin gerçəkləşməsinə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.