Ər-Rəd surəsi - Ayə: 38

Məkkəvi Quran-ı Kərim
Ər-Rəd surəsi - Ayə: 38
Həqiqətən biz səndən öncə peyğəmbərlər göndərdik və (mələk deyil, bəşər olduqları üçün) onlara da zövcələr və övladlar verdik. Heç bir peyğəmbər Allahın izni və iradəsi olmadan bir nişanə və möcüzə gətirə bilməz. (Çünki) hər bir vaxt üçün (hikmətə uyğun olaraq) bir yazı və hökm qərara alınmışdır (deməli Allahdan başqası, hətta peyğəmbər istədiyi vaxt möcüzə gətirə bilməz).
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ər-Rəd surəsi 38. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ər-Rəd surəsi / ayə 38 MÖHSÜN QƏRAƏTİ.

"Əlbəttə, Biz səndən öncə (də) peyğəmbərlər göndərmişik. Onlar üçün zövcələr və övladlar qərar verdik. Bütün peyğəmbərlər yalnız Allahın izni ilə möcüzə gətirirlər. Hər bir zaman və dövr üçün kitab var.”
Nöqtələr
İmam Sadiq (ə) buyurmuşdur: "Biz həzrət Məhəmmədin (s) övladlarıyıq, anamız Fatimədir (s). Allah başqa peyğəmbərlərə nə vermişsə, həzrət Məhəmmədə (s) də ondan vermişdir.” Sonra imam hazırkı ayəni tilavət etmişdir.”
Bildirişlər
1. Peyğəmbərlərin besəti ilahi qanunlardandır.
2. Peyğəmbərlər də başqaları kimi həyat sürmüş, ailə-övlad sahibi olmuşlar.
3. Peyğəmbərlərin möcüzəsi kiminsə istəyi əsasında yox, Allahın izni və iradəsi ilə gerçəkləşir.
4. İlahi qanunların nazil olmasında zamanın rolu var.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.