Ər-Rəd surəsi - Ayə: 12

Məkkəvi Quran-ı Kərim
Ər-Rəd surəsi - Ayə: 12
(Dolu və seldən) qorxmaq və (rəhmət və xeyirə) ümid üçün (çaxan) şimşəyi sizə göstərən və (axar sudan ibarət bir dərya olan) ağır buludları vücuda gətirən (və yuxarı qaldıran) Odur!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ər-Rəd surəsi 12. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ər-Rəd surəsi / ayə 12 MÖHSÜN QƏRAƏTİ.

"Qorxu və ümid üçün sizə şimşəyi göstərən və ağır buludlar yaradan Odur.”
Nöqtələr
Şimşək və göy gurultusu bir tərəfdən qəfil yağıntı, sel, xarabalıq, yanğın törətməklə insanları qorxuya salır, digər bir tərəfdən yağış vasitəsi ilə bitki aləmini suvarır, havanı təravətləndirmək və paklıq yaratmaqla onları sevindirir.
Bildirişlər
1. Zahirdə şimşək, göy gurultusu və yağışın təbii amilləri olsa da, bütün amillərin qaynağı Allah-təaladır.
2. Fizika və kimya qanunlarının kəşfi bizim Allaha imanımızı zəiflətməməlidir. Çünki təbiət və onun qanunları Allahın məxluqudur.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.