Ər-Rəd surəsi - Ayə: 14

Məkkəvi Quran-ı Kərim
Ər-Rəd surəsi - Ayə: 14
Haqqa tərəf və həqiqi dəvət (insanları ibadət və itaətə çağırmaq) yalnız Ona məxsusdur [və həmçinin haqq və həqiqi çağırışa və hacət istəməyə yalnız O layiqdir]. Müşriklərin Onun yerinə çağırdıqları kəslər, onlar üçün (ehtiyaclarından) heç bir şeyi rəva etməzlər. Onlar suyun, ağzına çatması üçün (uzaqdan) iki ovucunu suya tərəf uzadan [və ya suyun ağzına yetişməsi üçün iki əlini açaraq suya sal(ıb çölə çıxar)an,] lakin suyun onun ağzına əsla yetişməyəcəyi kəs kimidirlər (bütlərin müşriklərin istəklərini yerinə yetirmələri, susuz bir şəxsin susuzluğunun yatırılmasında uzaqdan suya əl uzatmağın təsiri kimidir). Kafirlərin duası azğınlıq və puçluqdan başqa bir şey deyildir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ər-Rəd surəsi 14. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ər-Rəd surəsi / ayə 14 MÖHSÜN QƏRAƏTİ.

"Yalnız Onu çağırmaq haqdır. Ondan başqa çağırdıqları onlara heç bir cavab verməz. Onların vəziyyəti ağzına su çatdırmaq üçün əlini suya doğru açan kəsin vəziyyəti kimidir. Kafirlərin dua və istəkləri azğınlıqdan başqa bir şey deyil.”
Nöqtələr
Allaha pərəstişə dəvət, yalnız Onu həlledici bilmək və Ondan başqalarına bağlanmamaq Quranda dəfələrlə xatırladılmışdır. Məsələn: "Əgər insan yalnız Məndən istəsə, Mən hökmən ona cavab verərəm” ; "Əgər başqalarının sorağına getsə, istədiyini onlardan diləsə, bilsin ki, onlar eşitmirlər və əgər eşitsələr də, cavab verməzlər.”
Məhdud imkanlı insan hadisələrlə dolu həyatında etibarlı bir sığınacağa ehtiyaclıdır. Peyğəmbərlər insana həqiqi sığınacağı tanıtdırırlar. Amma başqalarının (azğın qüvvələrin) yardımları ya alçaltma, ya istismar, ya da təbliğat və mövqenin qorunması məqsədini daşıyır. Əslində onların saya salmadığı yalnız insandır.
İnsan fitrətən haqqa təşnədir və həqiqət istəyindədir. Amma həqiqətə aparan yolu itirir. Allaha iman, eşq, Onunla ünsiyyət, Ona dua və istəkdən savay heç bir şey gözü doymayan insanı sirab etmir. Çünki Allahdan qeyrisi ("dunillah”) yalnız ilğımdır və Allahdan qeyrisindən istəmək hədərdir.
Bildirişlər
1. Allahdan qeyrisinin sorağınca getməyin, Ondan qeyrilərinin əlindən heç nə gəlmir.
2. İnsanların şirk qaynağı onların batil təsəvvür və təxəyyülüdür.
3. Allahı ixlasla, səmimi çağıran insan əliboş qaytarılmır. İnsanı əliboş qoyan onun Allahdan qeyrilərinə üz tutmasıdır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.