NUR TƏFSİRİ: Ər-Rəd surəsi / ayə 7
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Küfr edənlər deyirlər: «Nə üçün Rəbbi tərəfindən ona dəlil nazil olmayıb?» (Ey peyğəmbər,) sən yalnız qorxudansan və hər bir qövm üçün yol göstərən var.”
Nöqtələr
İbn Abbasdan nəql olunub ki, həzrət Peyğəmbər (s) mübarək əlini sinəsinə qoyub buyurdu: "Mən qorxudanam.” Sonra həzrət Əliyə (ə) işarə ilə buyurdu: "Sən hidayət edənsən...”
Bildirişlər
1. Kafirlərin Allah və Onun Rəsulundan (s) yersiz istəkləri var. (Onlar öz nəfs istəklərinə uyğun nişanə və möcüzələr istəyirlər).
2. Bəhanəçi insan Allahın xitabına və müraciətinə layiq deyil. Allah kafirlərin sözünü cavabsız qoyur, peyğəmbərə müraciət edir.
3. Tərbiyədə həm hədəyə, həm də nəsihətə ehtiyac var.
4. Cahil cəmiyyəti müjdələməkdən çox qorxutmaq zəruridir. (Quranda 120 dəfədən çox "qorxut” əmri verilir.)
5. Peyğəmbərlərin əsas işi yersiz istəklər əsasında möcüzə göstərmək yox, nəsihət və xəbərdarlıqdır.
6. Bir daha peyğəmbər gəlməsə də, Allah höccəti hamıya tamamlayır, yer üzü heç vaxt höccətsiz qalmır.
7. Peyğəmbərlər təkcə şərqə məxsus deyil.
8. Hazırkı dövrdə də imamımız və hidayətçimiz olmalıdır. ("Məcməul-bəyan” və "Kənzuld-dəqaiq” təfsirlərində bildirilir ki, "had” dedikdə məsum imamlar nəzərdə tutulur.)