Ər-Rəd surəsi - Ayə: 5

Məkkəvi Quran-ı Kərim
Ər-Rəd surəsi - Ayə: 5
Əgər (bir şeyə) təəccüblənirsənsə, onda təəccüblü onların (dedikləri) «məgər (öləndən sonra) torpaq olan zaman biz doğrudanmı yeni bir yaradılışda olacağıq?» sözləridir. Onlar özlərinin Rəbbinə küfr etmiş kəslərdir və onların boyunlarında (dünyada zəlalət, axirətdə isə od) zəncirlər(i) vardır. Onlar od əhlidirlər ki, orada əbədi qalacaqlar.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ər-Rəd surəsi 5. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ər-Rəd surəsi / ayə 5 MÖHSÜN QƏRAƏTİ.

"Əgər təəccüb edirsənsə, təəccüblü onların sözləridir. (Deyirlər ki,) torpaq olduqdan sonra yenidənmi yaradılacağıq? Onlar Rəbbinə küfr edən kəslərdir. Onlardır boyunlarında zəncir olanlar, onlardır əbədi qalacaqları oda həmdəm olanlar.”
Nöqtələr
Ayədə Peyğəmbərə (s) xitabən buyurulur: "Xalqın peyğəmbərliyi inkar etməsinə təəccüblənmə. Çünki onlar Mənim qüdrətimə, ölüləri diriltməyimə də təəccüb edirlər, buna inanmırlar”.
Məadı, ölümdən sonrakı həyatı inkar edənlər dəlil göstərmirlər, sadəcə, bu işi mümkünsüz sayırlar. Cavab olaraq, Quran ilahi ədalət və hikməti Qiyamət dəlili göstərməkdən əlavə, müxtəlif məqamlarda qiyaməti inkar edənlərə cavab vermişdir:
Ayələrdən birində buyurulur: "Əgər siz Qiyamətin baş verməsinə şəkk edirsinizsə, öz ilkin yaranışınızı, sizi torpaq və nütfədən necə yaratdığımızı yada salın.”
Digər bir ayədə buyurulur: "Ey peyğəmbər, xalqa de ki, sizi ilk dəfə yaradan kəs qiyamətdə yenidən xəlq edəcək.”
Bildirişlər
1. Məadın inkarı ilahi qüdrət, ədalət və hikmətin inkarıdır. Bu isə küfrdür.
2. Məadı inkar edən insan yalnız dünya həyatını düşündüyündən maddiyyat bəlasına, nəfspərəstliyə, cəhalət və xurafata düçar olar. Belə bir insan axirətdə də ilahi əzab zənciri ilə buxovlanar.
3. Qiyamətdə buxov və zəncir inkarçıların boynuna vurulmur ki, onu çıxara bilələr. Bu zəncir onların boyunlarına elə yeriyir ki, onu açmaq mümkünsüz olur.
4. Məadı inkar edən insan ilahi qəhr-qəzəbdən qurtulmaq üçün ehtiyat görmədiyindən, əzabda əbədi qalır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.