Ən-Nisa surəsi · 73-cü ayə

Və əgər sizə Allah tərəfindən (qələbə və qənimət kimi) bir lütf və mərhəmət gəlsə, o, sizinlə onun arasında əsla bir dostluq və məhəbbət olmamış (və sizinlə birgə döyüşdə iştirak edə bilməzmiş) kimi deyər: «Kaş mən də onlarla birgə olub böyük bir feyzə nail olaydım!»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 73
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Əgər Allah tərəfindən sizə bir fəzl və qənimət yetişsə, aranızda dostluq yoxmuş kimi (sizə gələn xeyiri öz xeyiri saymayaraq) deyəcək: "Kaş ki, cihadda onlarla olaydım ki, böyük qurtuluşa yetişəydim.”
Nöqtələr
Fəzl və qənimət barədə danışılarkən Allahın adı çəkilir. Amma əvvəlki ayədə çətinliklər zikr olunanda Allahın adı tutulmurdu. Aydın olur ki, Allahdan bizə yalnız fəzl və rəhmət nazil olur.
Bildirişlər
1. Döyüşdə qələbə və qənimətlər Allahın fəzlindəndir.
2. Dünyəvi mənafeyə görə münafiqlər mənəviyyatı əldən verirlər.
3. Münafiqin arzuları sidq-qəlbdən deyil.
4. Münafiqlər yalnız dünyəvi qazanc güdürlər. Onlar çətinliklər zamanı deyirlər: "Allah lütf etdi ki, biz onlarla olmadıq.” Möminlər qələbə və qənimət əldə etdikdə isə münafiqlər belə deyirlər: ” Kaş onlarla olaydıq.”
5. Qənimətdə möminlərə şərik olub, qəm-qüssədə onlardan kənar dayanmaq istəyi münafiq xislətidir.
6. Münafiqlərin nəzərində qurtuluş dünya rifahına çatmaqdır.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 73-cü ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 73-cü ayəsi nə haqqındadır?
Və əgər sizə Allah tərəfindən (qələbə və qənimət kimi) bir lütf və mərhəmət gəlsə, o, sizinlə onun arasında əsla bir dostluq və məhəbbət olmamış (və sizinlə birgə döyüşdə iştirak edə bilməzmiş) kimi deyər: «Kaş mən də onlarla birgə olub böyük bir feyzə nail olaydım!»
Ən-Nisa surəsi 73-cü ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 73-cü ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 73-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 73-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 73-cü ayənin təfsiri nədir?
"Əgər Allah tərəfindən sizə bir fəzl və qənimət yetişsə, aranızda dostluq yoxmuş kimi (sizə gələn xeyiri öz xeyiri saymayaraq) deyəcək: "Kaş ki, cihadda onlarla olaydım ki, böyük qurtuluşa yetişəydim.” Nöqtələr Fəzl və qənimət barədə danışılarkən Allahın adı çəkilir. Amma əvvəlki ayədə çətinliklər zikr olunanda Allahın adı tutulmurdu. Aydın olur ki, Allahdan bizə yalnız fəzl və rəhmət nazil olur. Bildirişlər 1. Döyüşdə qələbə və qənimətlər Allahın fəzlindəndir. 2. Dünyəvi mənafeyə görə münafiqlə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.