Ən-Nisa surəsi · 70-cu ayə

(Həmin şəxslərlə) bu (dostluq) Allah tərəfindən olan bir əta və bəxşişdir. Allahın (hər kəsin layiq olduğu dərəcəni və ona münasib olan savabı) bilməsi kifayətdir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 70
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Bütün bu fəzllər Allah tərəfindəndir. Agahlıq üçün Allah bəs edər.”
Nöqtələr
"Həmd” surəsində "doğru yol” ifadəsi ilə yanaşı "nemət verilmişlər” ifadəsi zikr olunmuşdur. Bu yanaşılıqla ikinci dəfə 68-69-cu ayələrdə rastlaşırıq. Belə görünür ki, peyğəmbərlər, şəhidlər, siddiqlər və salehlərdən savay doğru yolla gedən yoxdur. Doğru yol qəti şəkildə bu dörd zümrədən birinə aiddir.
Rəvayətlərdə siddiqlər kimi məsum imamlar və həzrət Fatimə (ə) təqdim olunur. Şəhidlər dedikdə ya cihad meydanında öldürülənlər, ya da qiyamətdə əməllərə şahid olanlar nəzərdə tutulur.
Peyğəmbərlərlə yoldaşlıq dünya həyatında hamıya müyəssər olmur. Demək, ayədə axirət yoldaşlığı nəzərdə tutulmuşdur.
Bildirişlər
1. Peyğəmbərlər və şəhidlərin yolu, yaxşı insanlarla yoldaşlıq yalnız Allah və Onun rəsulunun göstərişlərinə itaət sayəsində əldə olunur.
2. Yaxşı yoldaş peyğəmbərlər, şəhidlər, siddiqlər və salehlərdir. Dünya dostlarını da bu meyarlarla seçmək lazımdır.
3. Peyğəmbərə itaət Allaha itaətdir. Demək, peyğəmbərə itaətin tövhid əqidəsi ilə ziddiyyəti yoxdur.
4. Peyğəmbərə itaətin mükafatı bütün peyğəmbərlərlə yoldaşlıqdır. Çünki bütün peyğəmbərlər eyni bir nurdurlar və bir hədəfə malikdirlər. Bir peyğəmbərə itaət bütün peyğəmbərlərin yolunu getməkdir.
5. Allahın hər şeydən xəbərdar olması vəzifənin yerinə yetirilməsində ən təsirli təşviqdir.
6. Peyğəmbərlik məqamı siddiqlərin, şəhidlərin və salehlərin məqamından ucadır. (Çünki peyğəmbərlər o biri zümrələrdən öndə zikr olunmuşlar.)

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 70-cu ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 70-cu ayəsi nə haqqındadır?
(Həmin şəxslərlə) bu (dostluq) Allah tərəfindən olan bir əta və bəxşişdir. Allahın (hər kəsin layiq olduğu dərəcəni və ona münasib olan savabı) bilməsi kifayətdir.
Ən-Nisa surəsi 70-cu ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 70-cu ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 70-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 70-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 70-cu ayənin təfsiri nədir?
"Bütün bu fəzllər Allah tərəfindəndir. Agahlıq üçün Allah bəs edər.” Nöqtələr "Həmd” surəsində "doğru yol” ifadəsi ilə yanaşı "nemət verilmişlər” ifadəsi zikr olunmuşdur. Bu yanaşılıqla ikinci dəfə 68-69-cu ayələrdə rastlaşırıq. Belə görünür ki, peyğəmbərlər, şəhidlər, siddiqlər və salehlərdən savay doğru yolla gedən yoxdur. Doğru yol qəti şəkildə bu dörd zümrədən birinə aiddir. Rəvayətlərdə siddiqlər kimi məsum imamlar və həzrət Fatimə (ə) təqdim olunur. Şəhidlər dedikdə ya cihad meydanında öld...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.