Ən-Nisa surəsi · 65-ci ayə

Amma belə deyildir (onların imanları yoxdur). Sənin Rəbbinə and olsun ki, onlar aralarındakı ixtilaflarda səni hakim etməyincə, sonra isə sənin verdiyin hökmə görə özlərində heç bir sıxıntı və narahatlıq duymayıb tamamilə təslim olmayınca iman gətirməzlər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 65
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Xeyr! And olsun Rəbbinə, nə qədər ki, öz mübahisələrində səni hakim seçməyirlər, qəlblərində sənin mühakimənlə bağlı narahatlıqları var, (sənin mühakimən qarşısında) tam təslim deyildirlər, (həqiqi) iman gətirməmişlər.”
Nöqtələr
Mühacirlərdən olan Zübeyr ibn Əvvamla ənsardan olan bir şəxs arasında xurma bağlarını suvarmaq üstündə mübahisə düşdü. Peyğəmbər (s) belə bir mühakimə yürütdü ki, bağın üst hissəsi Zübeyrin olduğundan əvvəlcə bağı o suvarmalıdır. Ənsardan olan şəxs peyğəmbərin mühakiməsindən narahat oldu və dedi: "Zübeyr sənin əmioğlun olduğu üçün onun xeyrinə mühakimə yürütdün!” Peyğəmbərin rəngi dəyişdi və bu ayə nazil oldu. Təəccüblüdür, özləri Allahın rəsulunu mühakimə üçün seçdikləri halda boyun qaçırırlar!
İmam Sadiq (ə) buyurmuşdur: "Namaz, həcc və zəkat əmrlərini yerinə yetirib peyğəmbərin işlərinə sui-zənlə yanaşanlar əslində mömin deyildirlər.” Sonra imam bu ayəni tilavət etdi.("Təfsire-Nurus-səqəleyn” ; "Kafi”, c. 1, səh. 390.)
Bildirişlər
1. Üç iş həqiqi iman nişanəsidir:
a) Mühakimə üçün tağuta, zalım hakimə yox, peyğəmbərə müraciət edilməsi.
b) Peyğəmbərin mühakiməsi haqqında sui-zən edilməməsi.
v) Peyğəmbərin hökmünü ürəkdən qəbul etmək və təslim olmaq.
2. İslam zahirən təslim olmaqdan əlavə, ruhi hala, qəlb təslimçiliyinə kamil diqqət yetirir.
3. Mühakimə risalət və vilayət şənindəndir.
4. Peyğəmbərin mühakiməsinə təslim olmağın vacibliyi həzrətin ismət, paklıq nişanıdır.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 65-ci ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 65-ci ayəsi nə haqqındadır?
Amma belə deyildir (onların imanları yoxdur). Sənin Rəbbinə and olsun ki, onlar aralarındakı ixtilaflarda səni hakim etməyincə, sonra isə sənin verdiyin hökmə görə özlərində heç bir sıxıntı və narahatlıq duymayıb tamamilə təslim olmayınca iman gətirməzlər.
Ən-Nisa surəsi 65-ci ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 65-ci ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 65-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 65-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 65-ci ayənin təfsiri nədir?
"Xeyr! And olsun Rəbbinə, nə qədər ki, öz mübahisələrində səni hakim seçməyirlər, qəlblərində sənin mühakimənlə bağlı narahatlıqları var, (sənin mühakimən qarşısında) tam təslim deyildirlər, (həqiqi) iman gətirməmişlər.” Nöqtələr Mühacirlərdən olan Zübeyr ibn Əvvamla ənsardan olan bir şəxs arasında xurma bağlarını suvarmaq üstündə mübahisə düşdü. Peyğəmbər (s) belə bir mühakimə yürütdü ki, bağın üst hissəsi Zübeyrin olduğundan əvvəlcə bağı o suvarmalıdır. Ənsardan olan şəxs peyğəmbərin mühakiməs...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.